sosial
16.12.2020, 15:34
Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
dogruxeber.tv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 54701 nəfər və ya 0,5 faiz artaraq 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10121809 nəfərə çatıb.
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olmuşdur.


