idman
16.12.2020
“Sabah” Azərbaycan millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb

Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə yeni müqavilə imzalayıb.
dogruxeber.tv bildirir ki,bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
O bildirib ki, milli komandamızın müdafiəçisi paytaxt təmsilçisi ilə sözləşmə müddətini 6 aylıq uzadıb. 27 yaşlı cinah oyunçusu 2021-ci ilin yanvarına qədər olan müqavilə müddətini mövsümün sonuna qədər uzadıb.
Qeyd edək ki, Təmkin Xəlilzadə “Sabah”a ötən ilin yanvarında “Qəbələ”dən keçib.


