Əli Nağıyev ölkəmizdə səfərdə olan Əfqanıstan rəsmiləri ilə görüşüb FOTO







Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşüb.

Görüşdə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun da iştirak edib.

Qonaqları səmimi salamlayan general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi tərəqqi siyasəti və hüquq mühafizə sahəsində aparılan islahatlar, beynəlxalq terrorçuluqla mübarizə, ümumən sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qaninin ümumi səyləri nəticəsində xalqlarımız arasında inkişaf edən dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması üzrə tərəfdaşlığın gücləndirilməsinə də xidmət edir.

General-polkovnik Əli Nağıyev Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasına Əfqanıstan tərəfindən verilmiş siyasi və diplomatik dəstəyi xüsusi vurğulamış və bu cür davamlı təmasların ölkələrimiz, eləcə də müvafiq təhlükəsizlik strukturları arasında əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik maraqlarının qorunması sahəsində aktuallıq kəsb edən məsələlər ilə əlaqədar müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər. Onlar xalqlarımızın tərəqqisi naminə dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə faydalı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Əli Nağıyev ölkəmizdə səfərdə olan Əfqanıstan rəsmiləri ilə görüşüb FOTO

Son xəbərlər

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Bütün xəbərlər