gundem / hadise
21.12.2020
SON DƏQİQƏ:Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü binadan atdı

Bakıda intihara cəhd hadisəsi baş verib.
dogruxeber.tv ” “Report”a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu – 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir – red.) özlərini yaşadıqları binanın 4-cü mərtəbəsindən atıblar.
Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatı araşdırılır.


