Whatsapp hesabını elə keçirən yeni saxtakarlıq halı aşkarlandı
![]()
Dünyanın aparıcı mesajlaşma platformalarından olan WhatsApp-da hesablarının oğurlanmasına səbəb olan yeni saxtakarlıq metodu aşkarlanıb.
dogruxeber.tv xəbər verir ki, saxtakarlıq istifadəçinin WhatsApp-dan göndərilən kodu paylaşdığı üçün hesabının avtomatik ələ keçirilməsi nəticəsində baş verir.
Bu zaman istifadəçinin telefonuna bir mesaj göndərilir və bu, WhatsApp-ın ilk quraşdırılması zamanı alınan doğrulama SMS-i ilə eynidir. Bu anda istifadəçiyə başqa bir nömrədən mesaj göndərilir: "Salam, bağışlayın, səhvən sizə SMS olaraq 6 rəqəmli kod göndərdim, xahiş edirəm mənə geri göndərəsiniz".
İstifadəçi göndərdiyi SMS-dəki kodu paylaşdıqda WhatsApp hesabı başqası tərəfindən ələ keçirilir.
Xatırladaq ki, bu cür mesajlara etibar edilməməlidir. WhatsApp-ın doğrulama kodu yalnız istifadəçiyə xasdır və onu başqası ilə bölüşmək olmaz./TED.az


