gundem / sosial
2.01.2021, 14:49
Xankəndi ətrafında 923 partlayıcı aşkarlandı

Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mühəndis-istehkam qrupu ötən gün ərzində 4.3 hektar ərazini minalardan təmizləyib.
dogruxeber.tv Unikal.org-a istinadən xəbər verir ki, bu barədə sülhməramlı kontingentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Xankəndi ətrafındakı ərazilədə 923 partlayıcı maddə aşkarlanıb.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 10-da Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər. Bəyanata əsasən Qarabağda Rusiya sülhməramlı kontingenti yerləşdirilib


