Putin və Merkel Qarabağdakı vəziyyəti müzakirə etdilər















Rusiya Prezidenti Vladimir Putin və Almaniya Baş naziri Angela Merkel ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazır olduqlarını bəyan ediblər.

“RİA Novosti” bu barədə Kremlin mətbuat katibinə istinadla xəbər yayır.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Almaniya Federativ Respublikasının kansleri Angela Merkel ilə telefonla danışıb. ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazırlıqdan bəhs edilib.

Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə edilib. Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün həyata keçirilən vasitəçilik səyləri, habelə təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın istəyi ilə yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə məlumat verib”, - deyə bildirilir.

“Bundan əlavə, Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr tarixli bəyanatında qeyd olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin bölgədəki vəziyyətin ümumi sabitləşməsinə kömək edəcəyindən bəhs olunub.

Qarşıdurmalardan təsirlənən əhalinin aktual problemlərinin həllinin vacibliyinə də toxunulub. Bu baxımdan Rusiyanın yaratdığı Humanitar Yardım Mərkəzinin işinə ixtisaslaşmış beynəlxalq strukturların cəlb edilməsinin zəruriliyi də vurğulanıb”, - deyə qeyd edilir.

Oxunub: 835

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər