gundem / bolge
6.01.2021, 10:25
Füzuli aeroportu belə olacaq - FOTO

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman Füzulidə beynəlxalq aeroportun tikilməsi ilə bağlı göstəriş verdiyini deyib.
dogruxeber.tv publika.az-a istinadən xəbər verir ki, ölkə başçısının bu çıxışından sonra sosial şəbəkələrdə aeroportun eskizi yayılıb.
Fotoda göründüyü kimi liman açıq kitab formasında dizayn edilib.
Həmin fotonu təqdim edirik:


