gundem
11.01.2021, 12:04
Bu gündən payız semestrinin imtahan sessiyası başlayır - Diqqət!

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.
dogruxeber.tv "Report"-a istinadən xəbər verir ki, bununla bağlı Təhsil naziri müvafiq əmr imzalayıb.
Əmrə əsasən ali və orta ixtisas təhsil müəssisələrində imthan qərargahları yaradılıb.
Qeyd edək ki, imtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.


