İradə Gülməmmədova Prezidentin mükafatlandırdığı Abşeronlu gənclə görüşdü
 
 
 
 
 
 
 
 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova "2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülən Nərgiz Abdulova və onun anası Cəmilə Avbdulova ilə görüşüb. İ.Gülməmmədova bildirib ki, 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamla mükafatlandırılan 10 nəfər arasında Abşeronlu gəncin olması bizi də çox sevindirir. Belə bir yüksək mükafata layiq görülməyin böyük xoşbəxtlik olduğunu vurğulayan başçı N.Abdulavanı bu uğur münasibəti ilə təbrik edib.

Nərgiz Abdulova belə bir yüksək mükafat layiq görüldüyü üçün cənab Prezident İlham Əliyevə təşəkkür edərək qeyd edib ki, bundan sonra da fəaliyyətini daha da genişləndirəcək. Eşitmə və nitq məhdudiyyətli olduğunu, lakin buna baxmayaraq aktiv ictimai fəaliyyətlə məşğul olduğunu, eyni problemdən əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiya etməsinə köməklik göstərdiyini bildirən N.Abdulova qeyd edib ki, 2012-ci ildə "Mənim Dünyam eşitmə məhdudiyyətli uşaq və gənclər klubu” valideyinləri tərəfindən yaradılıb. O vaxtdan bu klubda uşaqlarla aktiv görüşlər keçirməklə onların inkişafında mühüm rol oynayıb. 2016-cı ildə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi kimi qeydiyyatdan keçən təşkilatın fəaliyyəti daha da genişlənib. Burada digər eşitmə məhdudiyyətli gənclərə motivasiya verən qəhrəmanımız 2016-cı ildən başlayaraq Qeyri Hökümət Təşkilatlarında təlim və seminarlara qoşularaq bir çox sertifikat və diplomlara layiq görülüb.

Əl işlərinə olan böyük marağı sayəsində bir çox sərgilərin təşkilatçısı olub. 2017-2018-ci illərdə Abşeron rayon Mədəniyyət evində sərgilər təşkil edərək eşitmə məhdudiyyətli gənclərə dəstək olub. Məhdudiyyətli şəxslərin əl işlərinin satış sərgisini bir çox məkanlarda ildə iki dəfə olmaqla təşkilində könüllü yardım göstərib.

2019-cu ildə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.

2019-cu ildə Azərbaycan Gənclər Fondunda elan olunan qrand layihəsinin qalibi olub, "Səssizliyin səsi olaq!” adlı layihəyə rəhbərlik edib. Bu layihə gənclərin İşarət dilinə olan marağını artırmaq və İşarət dilində danışan məhdudiyyətli gənclərə bir dəstək rolunu oynayıb. Layihə çərçivəsində Gəncə və Lənkəran Dövlət Universitetlərində bir qrup eşitmə məhdudiyyətli gəncə təlim keçib.

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Dövlət Himnini ilk dəfə olaraq İşarət dilinə tərcümə olunmasına dəstək göstərib. Həmin layihədə, layihə köməkçisi olmaqla yanaşı, 15 eşitmə məhdudiyyətli gənclə birgə "Himnin əsəri”ndə çəkilib.

2017-ci ildən müxtəlif sosial rolik və kliplərdə rol almaqla yanaşı, bir çoxlarının ideya müəllifi olub. 3 dekabr Beynəlxalq Əlillər Günü ərəfəsində məhdudiyyətli

gənclərlə bağlı "Arzularına çatmaq üçün məhdudiyyətli olmaq əngəl deyil” adlı videorolikdə çəkilib.

2020-ci ildə eşitmə məhdudiyyətli gənclərlə ASAN xidmətin Əsgərə Məktub layihəsini eşitmə məhdudiyyətlilər adından icra edib. Cəmiyyətə vətənpərvər ruhda sosial mesajları sosial şəbəkə vasitəsiylə ötürüb.

2019-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində, Dövlət Sosial Fondunun Elektron Arxiv layihəsində sosial agent olaraq fəaliyyət göstərir.

N.Abdulovanın anası, "Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” İctimai Birliyinin sədri Cəmilə Avbdulova da Prezident İlham Əliyevə bir ana kimi minnətdar olduğunu qeyd edərək daim dövlət tərəfindən diqqət və qayğı gördüklərini önə çəkib. Bir neçə il bundan əvvəl Abşeron RİH-i tərəfindən ofislə təmin olunduqlarını və bunun da onların faəliyyətlərinin daha da genişlənməsinə müsbət təsir etdiyini vurğulayan cəmiyyət sədri göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Sonda mükafatçı ilə xatirə şəkili çəkilib.

Oxunub: 555

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər