Təhsil Nazirliyində tender piramidası...
Azərbaycanda dövlətdən maliyyələşən təşkilatların sifarişçi olduqları dövlət satınalmalarında korrupsiya hallarının olması barədə ölkə mediasında faktlara əsaslanmış xəbərlər dəfələrlə yazılıb.

Dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmalarda əsasən qiymətlərin şişirdilməsi, "otkad” əməliyyatları və qalib olan təşkilatlarla əvvəldən razılaşdırılma hallarının olmasına daha çox rast gəlinir.

Təsadüfi deyil ki, Baş nazir Əli Əsədov bir neçə gün öncə Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyətinin yüksəldilməli, maliyyə intizamının gücləndirilməli, nəzarət mexanizmləri sisteminin təkmilləşdirilməli olduğunu vurğulayaraq, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalı, tenderlərin keçirilməsinə xüsusi önəm verilməli olduğunu qeyd etdi.

Qlobal.az xəbər saytı zaman-zaman ölkədə keçirilən satınalmalar üzərində araşdırma yazılar hazırlayıb. Saytın bu dəfəki araşdırması Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin sifarişçi olduğu satınalmalar üzərindədir.

Öncə qeyd edək ki, araşdırma yazı İnşaat Kollecinin beş lot üzrə sifarişçi olduğu satınalmalar üzərindədir. Bu satınalmaların ümumi məbləği 20.354 manat təşkil edir.

Lot 1. İstehsalyönlü müxtəlif xidmətlər 4850 manat
Lot 2. İstehsalyönlü müxtəlif xidmətlər 4790 manat
Lot 3. İstehsalyönlü müxtəlif xidmətlər 4744 manat

(hər üç satınalmanın keçirildiyi (23.09.2020) və bitmə tarixləri (31.12.2020) eynidir.

Lot 4. İstehsalyönlü müxtəlif xidmətlər 1470 manat
Lot 5. İstehsalyönlü müxtəlif xidmətlər 4500 manat

(Son iki satınalmalar isə 29.06.2020-ci ildə keçirilib)

Keçirilən satınalmalar eyni gündə – 2020-ci ilin yanvar ayının 19-da dövlət portalında dərc edilib.

Burada maraqlı, daha doğrusu şübhəli olan məqam keçirilən satınalmaların qalibi olan təşkilatların hamısının eyni şəhərdə hüquqi qeydiyyatda olmasıdır.

Lot 1 – Qalib olan təşkilat – "TURAN-NQ” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hüquqi ünvanı: Sumqayıt şəhəri, 9 mkr, ev 53, m 40.

Lot 2 – Qalib olan təşkilat – "AVRO DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hüquqi ünvanı: Sumqayıt şəhəri, MƏH 20, ev 589, m. 4

Lot 3 – Qalib olan təşkilat – "Milla” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hüquqi ünvanı: Sumqayıt şəhəri, 9 MKR, ev 52A, m. 19

Lot 4 – Qalib olan təşkilat "CORDOBA-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hüquqi ünvanı – Sumqayıt şəhəri, 18 MKR, ev 29, m. 54

Lot 5. Qalib olan təşkilat – "Kometa-15” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hüquqi ünvanı – Sumqayıt şəhəri, MƏH 14, ev 2/29, m. 36

Bundan əlavə İnşaat Kollecinin yuxarıda qeyd edilən satınalmalarının qalibi olan MMC-lərin heç birinin fəaliyyət profili, faktiki ünvanı, işçi sayı barədə məlumat yoxdur. Eyni zamanda bu şirkətlərin hansı lisenziyalar əsasında fəaliyyət göstərdikləri barədə də informasiyalara rast gəlinmir.

Qlobal.az məsələ ilə əlaqədar İnşaat Kollecindən münasibət öyrənməyə çalışıb. İnşaat Kollecindən Kollecin Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərdiyini qeyd edərək Universitetə müraciət etməyimizi bildirdilər.

Memarlıq və İnşaat Universitetindən Qlobal.az-a Azərbaycanda Kollec və bu kimi peşəyönümlü təhsil müəssisələrində həyata keçirilən dövlət satınalmalarını Təhsil Nazirliyinin həyata keçirdiyi deyərək, məsələ ilə əlaqədar nazirliyə müraciət etməyimizi bildirdilər.

Təhsil Nazirliyindən isə mövzuya qısa zamanda cavab veriləcəyini desələr də, sonradan heç bir münasibət bildirmədilər.

Son xəbərlər

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Bütün xəbərlər