Vətəndaş “Azəriqaz”ın əlindən fəryad edir: - “Allahdan qorxmursunuz?







“Azəriqaz” – Son günlər bu qurumun adı insanlarda yalnız əsəb və gərginlik yaradır. Niyəsi çox sadədir. Adıçəkilən dövlət şirkəti guya köhnə sayğacların istismar müddətini başa vurduğunu əsas gətirərək, büdcədən ayrılan vəsait hesabına yeni sayğaclar alıb. Axı yeniliyin nəyi pisdir ki? .. Əlbəttə, amma gərək yenilik də insanların həyatına bir dəyişiklik gətirsin, daha onu “cəhənnəmə” çevirməsin. “Azəriqaz”ın quraşdırdığı yeni sayğaclar isə sərfiyyatdan əlavə pul yazmaqla, maddi vəziyyəti ürəkaçan olmayan insanlara daha bir “zərbə” vurur. Bu isə təbii ki, haqlı narazılıqlarla qarşılanır.

KONKRET.az olaraq dəfələrlə adi insanların və hətta cəmiyyətin tanınmış şəxslərinin bu qurumun “fəaliyyətindən” narazı olduqları haqda məlumatlar dərc etmişik. Amma “Azəriqaz” rəsmilərinin heç tükü də tərpənməyib.

Bu dəfə isə sözügedən qurumun fəaliyyəti haqda növbəti narazılıq sosial şəbəkələrdə paylaşılıb.

KONKRET.az xəbər verir ki, Lalə Mustafayeva adlı vətəndaş qazdan istifadəyə görə, ona şişirdilmiş borc gəldiyini iddia edib. Vətəndaş borc qəbzini çəkərək sosial şəbəkə hesabında paylaşıb və bu sözləri deyib: “Evimdə cəmi 4 radiator mövcuddur. Bu 4 radiator 200 manat necə yaza bilər?. Keçən ay 114 manat pul ödəmişəm. Siz isə hələ də mənim 114 manat borcum olduğunu yazırsınız. Allahdan heçmi qorxmursunuz?”.

Şikayətçi “Azəriqaz” rəhbərliyinə də səslənib: “ “Azəriqaz”ın rəhbərləri yəqin ki, böyük villalarda yaşayırlar. Görəsən onların özlərinə nə qədər borc yazılır, yaxud villalarda yaşayan məmurların evlərinə hansı məbləğdə borc göndərilir?. Yoxsa ancaq kasıb əhaliyə bu məbləği göndərə bilirsiniz?. Buna vicdanınız necə yol verir? Allahdan qorxmursunuz? kəfənin cibi yoxdur, bunu unutmayın!. Unutmayın ki, Allah sizi cəzalandıranda zülm çəkəcəksiniz, necə ki, insanlar zülm çəkir”.

Qeyd edək ki, sosial şəbəkələrdə bu cür videoların geniş yayılmasına baxmayaraq, “Azəriqaz” rəhbərliyi heç bir reaksiya vermir. Bu isə abonentlərdə daha böyük çaşqınlıq yaradaraq, sözügedən quruma qarşı inamsızlığı daha da artırır.

P.S Sözügedən iddia ilə bağlı “Azəriqaz”-ın mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Bütün xəbərlər