Oqtay Əsədovun qohumuna qarşı rüşvət ittihamı: - hər uşağa görə 1000, 700 azn...






Son illər ölkəmizdə hər bir sahə üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Lakin buna baxmayaraq, “əllərində” kiçik səlahiyyətlər cəmlənən şəxslər hələ də öz vəzifələrindən rahat şəkildə sui-istifadə etməkdə davam edirlər. Xüsusi ilə də bu kimi neqaiv hallar dövlət baxçalarında yaşanan ümid üçün hələlik əsas vermir.Belə ki, paytaxt baxçalarında baş verən qanunsuzluqlarla bağlı ölkə mətbuatında yüzlərlə məlumat, şikayət dərc edilsə də, sonda hər hansı bir yeniliyə rast gəlinmir. Uşaq baxçalarında baş alıb gedən rüşvət, özbaşınalıqlar isə baxça müdirələrinin özlərinə arxayın olmaları və himayədarlarının onlara yüksək "səviyyədə" dəstək verməsindən irəli gəlir. Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılmasına baxmayaraq ciddi nəticələr əldə edilməyib. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Lakin bütün səylərə baxmayaraq, təəssüf hissi ilə bildiririk ki, bəzən əvəzsiz xidmətlər sayəsində başa gəlmiş dövlətçiliyimizə kölgə salan "qara qüvvələr” cəmiyyətdə özünü büruzə verir. Özlərini idarə etdiyi sahənin "balaca padşahları” hesab edənlər üçün qanunun aliliyi prinsipi pozula bilər. Hər kəs bilməlidir ki, qanun qarşısında hər kəs eyni qaydada məsuliyyət daşıyır.

Təsadüfi adamların rəhbərliyi altında fəaliyyət göstərən bağça müdirələrinin "çirkin maraqları” böyük işlərimizin "qara yarası”na çevrilir. Belə ki, redaksiyamıza 177 saylı bağçada hökm sürən "xaos” haqqında ilginc məlumatlar daxil olub. Bağçada açıq-aşkar bazar qurulub. Bir müddət öncə adıçəkilən təhsil müəssəsinə müraciət edən vətəndaş, körpəsini 177 saylı körpələr evinə yazdırmaq istəyib. Bu zaman vətəndaşa bildiriblər ki, müdir Pəri Rəhimovanın qəbul qaydalarına görə, Azərbaycan dili bölməsi üçün 700 AZN, Rus dili bölməsi üçün isə 1000 (min) AZN ödəniş etmək lazımdır. Mənbənin daxil etdiyi məlumata görə, bu kimi qanunsuz əməlləri həyata keçirməyə cəhd edən bağçanın işçisi Aygün adlı qadındır. Aygün xanım özünü müdirin müavini kimi təqdim edərək, təhsil müəsisəsinə üz tutan hər bir valideynlə şərtləri izah edərək, razılaşdırmağa çalışır. Baxmayaraq ki, 177 nömrəli uşaq bağçasında müdir müavini vəzifəsi rəsmən boşdur, amma həmin vəzifənin səlahiyyətlərindən sui-istifadə edən şəxslər vətəndaşlara bu cür iyrənc münasibətlər sərgiləyir.

Onu da bildirək ki, indiyə qədər bağçada təhsil alan uşaqlara görə aylıq 20 AZN rəhbərliyə ödəniş edilir. Qeyd edək ki, Milli Məclisin sabiq spikeri Oqtay Əsədovla yaxın qohum olan Pəri Rəhimova görünür özünü bu səbəbdən rahat hiss edir. Mətbuatda yayılan məlumatlara istinad edərək əlavə edək ki, Oqtay Əsədov hər an istintaqa çağırılacağının həyəcanını yaşayır. Yəni, iri ranqlı korrupsionerlərin "içəri” göndərilməsi onu da təşvişə salıb. Eks-spikerin təşvişi üçün çox ciddi əsaslar var. Ötən illərin mətbuatını vərəqləmək, sosial mediada yazılanlara baxmaq onun ölçüyəgəlməz biznes imperiyasının ayrı-ayrı fraqmentlərini görməyə kifayət edir. 14 il parlamentin sədri postunu tutmuş Oqtay Əsədovun bu müddət ərzində adının hallanmadığı korrupsiya əməli qalmayıb. Onun deputatlarla bağlı məlumatları "dövlət içində dövlət” qurmuş Eldar Mahmudova ötürməsi də aşkar-gizli fəaliyyətinin pik nöqtəsi idi. Son olaraq ümid edirik ki, dövlət müəssisəsindən biznes məqsədi üçün istifadə edən bağça müdirəsini dayandıran tapılacaq…

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Azerbaycanrealligi.com

Oxunub: 576

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər