Şəmkirdə qoçuluq edən kimdir? - İTTİHAM







Uzun müddətdir Şəmkirin İcra Hakimiyyətinin rəhbəri Alimpaşa Məmmədovun “fəaliyyəti” ilə bağlı, əslində fəaliyyətsizliyi ilə bağlı haqqsızlığa məruz qalmış müxtəlif şəxslər tərəfindən üst dövlət instansiyalarına və qurumlarına çoxlu sayda əsaslı və həqiqəti əks etdirən şikayətlər göndərilir. Nə bu şikayətlərə baxan var, nədə ki, nəzərə alan.

Hətta vəziyyət bu hala gəlib ki, Alimpaşa Məmmədovun yerli kənd və qəsəbə ağaları bələdiyyə mülkiyyətinin balansında olan torpaqları öz dədə mülkləri və istədikləri kimi bölgü aparır, öz qardaşlarının, yaxınlarının istifadəsinə verir və yaxudda satıb dağıdırlar. Hətta qeyd edim ki, elə bələdiyyələr var gələcəkdə istifadəyə yararlı bir qarış belə torpaq tapılmayacaq onların ərazisində. “Dərə xəlvət-tülkü bəy”, sat-dağıt, bu gün burdayam, sabah başqa yerdə, nə soran və nə sorğulayan, təki mənim cibim dolsun, öləndən, sürünəndən bizə nə prinsipi işləyir sadəcə. Bütün bunlara müvafiq olaraq Şəmkirin Ağlavaşlı kəndindən bir qrup müharibə veteranı uzun müddətdir mənə zəng edir ki, onlara kömək edim, Bələdiyyə mülkiyyəti olan torpaqlardan onlara icarəyə verilməsini təmin edilməsində yardımçı olum. Bu gün Ağlavaşlıda oldum və həmin müharibə veteranlarının istəkləri, problemləri və digər bunlara müvafiq məsələləri yerində dinlədim. Qeyd edəcəyim məsələlər sözün həqiqi mənasında sizi heyrətləndirəcək. Şəmkirin Baş ağasının Ağlavaşlıdakı yerli “Maho Ağası” Elşən Mehdiyev 1999-cu ilə qədər kəndin sovxoz sədri olub, sonra Bələdiyyələrin qurulması ilə Bələdiyyə “seçilib”, 1999-cu ildən bu günə qədər də Bələdiyyə sədridir.

22 il eyni postda oturmaq və kənd əhalisini ağalıq üsulları ilə idarə etməyin sadəcə bir adı var cinayət, xalq iradəsini tapdalamaq, ölkə qanunvericiliyinin əsaslarını zədələmək və Bələdiyyə mülkiyyətini “qanuni” səlahiyyət alaraq talamaq.

Sizin bu cinayət əməllərinizi sorğulayacaq bəlkə qurumlar yoxdur amma bizim vicdanımız imkan verməz ki, sizin ağalığınıza göz yumaq.

Şikayət edənlər qeyd edirlər ki, 22 il ərzində yerli ağamız Elşən Mehdiyev bir dəfə olsun belə nə hesabat verib, nədə ki, izahat. İstədiyi kimi bölgü aparır, satır, ağalıq edir. Biz isə müxtəlif döyüş cəbhələrində canımızı qoymuşuq, nə əkəcək torpağımız var, nə normal insan yaşayışımız, nədə ki, şikayətlərimizi dinləyəcək bir şəxs. Dəfələrlə Rayonun baş ağası Alimpaşa Məmmədovun qəbuluna getmişik, özümüzə əziyyət verib getməsəydik ondan yaxşı idi.

Əlləri hər yerdən üzülən müharibə veteranları məndən onlara dəstək olmağı və ağır vəziyyətlərini Azərbaycan ictimaiyyətinə çatdırmağı xahiş ediblər.

Ağalığa son, “Maho Ağa”ların cinayətlərinə son! / Dia.az

Oxunub: 651

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər