“Şəmkirin icra başçısı Fazil Məmmədovu satmağa hazırdır” – şok iddia













Alimpaşa Məmmədov vəzifəsini qorumaq üçün keçmiş patronu haqda “ötmək” istəyir
Sabiq vergilər naziri Fazil Məmmədov tənha qalıb. Bir neçə ay əvvələ qədər əmrinə müntəzir olan, onun sayəsində yüksək mənsəb sahibinə çevrilmiş bir çox məmur artıq sabiq nazirlə məsafə saxlamağa başlayıb. Belə məmurlardan biri də Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdur.

Bu həmin Alimpaşa Məmmədovdur ki, cavanlığında tamadalıqla gün keçirib, toydan-toya, məclisdən məclisə 5-10 manat sahibi olub. Həmin günlərin birində də onun bəxt ulduzu parlayıb. O dövrlər yeni nazir təyin olunan Fazil Məmmədov kefinin saz vaxtında məclisdə dil-dil ötən tamadanın yanına çağırılmasını sifariş edib. Tamada gəlib və məclisdə seçilən qonağın şəninə mədhiyyələr söyləyib. Kənd tamadası olan Alimpaşa Məmmədovu bir neçə gün sonra Vergilər Nazirliyinə çağırıblar. Nazirliyə tamada kimi gedən Alimpaşa Məmmədov oradan qayıdanda artıq vergi əməkdaşına çevrilib. İllərlə vergilər sistemində çalışandan sonra Fazil Məmmədov özünün qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir rayonuna Alimpaşa Məmmədovu başçı göndərtdirə bilib.

Bu gün Alimpaşa Məmmədov daha tamadalıq eləmir. Amma tamadalıq peşəsinin vərdişlərini də unuda bilmir. Şəmkirdə idarə, müəssisə və təşkilatların rəhbərləri onun iclasbazlığından beziblər. İcra başçısı, demək olar ki, hər gün iclas keçirir, saatlarla danışır, vədlər verir, sözdə görüləcək işləri bəh-bəhlə rəhbər işçilərə təqdim edir. Başçı iclas keçirdiyi saatlarda isə vətəndaşlar saatlarla rəhbər işçilərin qapısı ağzında onların işə gələcəyi ümidi ilə gözləyirlər. Rəhbər işçilər isə iclaslardan sonra iş yerlərinə çatınca görüləcək işləri birə-beş artır, vətəndaşları qəbul etməyə vaxtları qalmır. Təbii ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.


Deyilənə görə, sabiq vergilər naziri illər öncə atdığı addıma görə peşmandır. Vaxtilə vəzifə verdiyi əksər adamlar kimi Alimpaşa Məmmədov də sabiq nazirdən qaçır. Bu ilin aprelində Gəncə Beynəlxalq Klinikasına yerləşdirilən sabiq vergilər naziri Fazil Məmmədov bu gün də orada müalicəsini davam etdirir. Alimpaşa Məmmədov Gəncə ilə Şəmkir arasındakı 15-20 dəqiqəlik yolu qət edib Fazil Məmmədovu yoluxmaq əziyyətinə qatlaşmaq belə istəmir. Onun kreslosunu qorumaq üçün belə bir addım atdığı bildirilir.

F.Məmmədovun təyin etdirdiyi sabiq və keçmiş icra başçıları da ona baş çəkməyib. Söhbətlər dolaşır ki, həmin icra başçılarını F.Məmmədov vəzifəyə təyin etdirsə də, onlar vəfasızlıq ediblər. Bunu dönüklük kimi qiymətləndirən də, kreslosunu qorumaq istəyi ilə əlaqələndirənlər var. Onu da əlavə edək ki, 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu son zamanlara qədər sirr olaraq qalırdı. Mətbuatda yazılanlardan məlum olur ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb. Çernobıla yardıma gedənlər və orada xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədovun bu statusdan heç zaman istifadə etmədiyi deyilir. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı, ümumiyyətlə, tərcümeyi-halında göstərməyib.

Alimpaşa Məmmədov haqda isə özəl mənbələrdən “Yeni Müsavat”a daxil olan bir başqa xəbəri oxucuların diqqətinə çatdırırıq. Mənbə bildirir ki, Alimpaşa Məmmədov bəlli dairələrə Fazil Məmmədova qarşı ifadə verməyə, necə deyərlər, onu “satmağa” hazır olduğunu deyib. Bir şərtlə ki, ona toxunulmasın. Yaxın günlərdə Şəmkirin icra başçısının bu təklifinin nə qədər keçərli olub-olmadığı bilinəcək…


“Şəmkirin icra başçısı Fazil Məmmədovu satmağa hazırdır” – şok iddia

Son xəbərlər

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Bütün xəbərlər