Şəmkirdə məmurları və torpaqları “pul gücünə alan” Nizami Həsənov kimdir? – “Xahiş edirik, yardım edin!”










Şəmkir rayon İrmaşlı kənd sakinlərinin dədə-baba yolu kəsilib.

Rayonun İrmaşlı kənd sakini Ağgül Hüseynovanın AzNews.az-a verdiyi məlumata görə, sözügedən yol iş adamı Nizami Həsənov tərəfindən zəbt edilib:

“15 ildir ki, təsərrüfatla məşğuluq. Kənddə uşaqların futbol meydançası və heyvanlar üçün 7 hektar otlaq sahəsi var. Kənd sakini Nizami Həsənov həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edib. Bunun üçün o, kənd icra nümayəndəsi və bələdiyyəyə pul verib. Bu azmış kimi, kəndin dədə-baba yolunu kəsib, bizim həyətyanı torpaq sahəsinin yarısını də hasarlayıb. Biz dəfələrlə bununla bağlı kənd icra nümayəndəsinə, bələdiyyəyə şikayət etmişik. Hər ikisi də deyir ki, “Nizaminin pulu çoxdur, biz ona söz deyə bilmərik”. Anlaya bilmirəm, qolçomaqlıq dövrüdür? Kimin pulu var, haranı istəyir alır. Nizami də deyir ki, “hara istəyirsən şikayət elə, onsuz da hamı mənim tərəfimdədir”.

Ağgül Hüseynovanının sözlərinə görə, məsələ ilə bağı Şəmkir Rayon İcra Hakimiyyətinin müavini Qüdrət Məmmədovun qəbulunda olub: “Ancaq o da bizim problemi həll etmək istəmir. Deyir gedin məhkəmə ilə həll edin. Nizaminin pulu var, məhkəməyə də pul verib qərarı öz xeyrinə həll etdirəcək…

Xahiş edirik, bizə kömək edin, camaatın yolunu Nizaminin əlindən geri alaq”.

Faktla bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı.

P.S. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Kənd sakinlərinin saytımıza göndərdiyi videoları olduğu kimi təqdim edirik





Oxunub: 1 004

Son xəbərlər

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Avro və rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bryansk bölgəsindəki meşədə beş yeniyetmə azıb

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

Bakının bir sıra yollarında tıxac yaranıb

"Qalatasaray" məğlub oldu

ABŞ öz vətəndaşlarına Livanı tərk etməyi məsləhət görüb

“Nazirlər və prezidentlər paytaxtdan kənarda çox şeyi görmürlər”

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bütün xəbərlər