Baş nazir əməkhaqları ilə bağlı QƏRAR İMZALADI
















Nazirlər Kabineti "Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə" qərarında dəyişiklik edib.

Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, bundan sonra işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə biləcək.

Qeyd edək ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirən işçilərin əmək haqqı pul və ya natura formasında ödənilə bilər.

Əməyin natura formasında (məhsulla) qiymətləndirilməsi qaydası tətbiq edildikdə, iş norması yerinə yetirilən hər gün üçün işçilərə müqavilədə nəzərdə tutulmuş məhsul (naturada) ödənilməlidir. İstehsal zərurətindən asılı olaraq tərəflərin razılığı əsasında işçilərə pul ifadəsi ilə hesablanmış əmək haqqının natura (məhsul) şəklində ödənilməsi məqsədəuyğun hesab edildikdə, həmin məhsulların qiymətləndirilməsi hər iki tərəfin birgə razılığı əsasında bazarlarda olan orta pərakəndə satış qiymətləri ilə müəyyənləşdirilməlidir.

Bu halda vaxtı keçmiş, köhnəlmiş və zay məhsulun bölgüyə cəlb edilməsinə və natura şəklində verilməsinə yol verilməməlidir. Əməyin pul və yaxud natura şəklində (məhsulla) ödənilməsi və yaxud il ərzində tərəflərin razılığına əsasən pul ilə hesablanmış əmək haqqının əvəzinə natura şəklində məhsul verilməsinə dair razılaşmalar (qayda və şərtlər) əmək kollektivinin razılığına əsasən müəssisənin həmkarlar ittifaqları təşkilatı ilə işəgötürən arasında müəyyənləşdirilə bilər. /Sonxeber.az

Oxunub: 655

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər