“Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin...” - deputat







“Onun insanlarla münasibəti, xeyrində-şərində iştirakı, şəhid ailələrinə və qazilərə diqqəti göz qabağındadır. Ağdamın 210 minə qədər əhalisi var, lap elə 30 min olsun. Heç bir icra başçısı nə hamının xoşuna gələ bilər, nə də hər kəsin işini həll edə bilər”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. A.Abbas Ağdamın icra başçısı Vaqif Həsənovla bağlı yayılan xəbərlərin onu gözdən salmağa hesablandığını bildirib:

“Mən Vaqif müəllimi qırx ildir ki, tanıyıram. Onunla günorta və axşam çörək yemişik, amma içki içməyib. Mən onu içən görməmişəm. Özü də ki, onun iş vaxtı içki içib atasının-anasının qəbrinin üstünə getməsini uydurmaq heç bir əndazəyə sığmır. Bir az ağ etməyək. Bu dəqiqə Ağdamda nələr dəyişib hamı bilir. Onun insanlarla münasibəti, xeyrində-şərində iştirakı, şəhid ailələrinə və qazilərə diqqəti göz qabağındadır. Ağdamın 210 minə qədər əhalisi var, lap elə 30 min olsun. Heç bir icra başçısı nə hamının xoşuna gələ bilər, nə də hər kəsin işini həll edə bilər. Kimsə icra başçısından küsə bilər, amma onu bu dərəcədə, bu şəkildə təqdim etmək olmaz. O gün Ağdamda idik, Vaqif müəllimlə çay içdik. Daha sonra vətəndaşları qəbul etdi və orda mən də iştirak etdim. Gələn adamlardan biri Bakıda yaşayırdı və uşağının müalicəsi üçün kömək istəyirdi. Dedim ki, Vaqif müəllim, onları göndərin uşağın dərman pulunu mən Bakıda verəcəm. Elə şeylər var ki, onun səlahiyyətində deyil axı. İnsan ola bilər ata evini ziyarət edəndə kədərlənsin, ağlasın.

Məsələn, mən Ağdama girəndə oğluma zəng vurub dedim ki, Ağdama girirəm, amma ağladım, danışa bilmədim və telefonu söndürdüm. Daha sonra həyətimizə gedib xanımıma zəng vurdum və dedim ki, həyətimizdəyəm. Sonra ağladım, danışa bilmədim. İndi insandı, gedib öz ata evini ziyarət edib. Mən gedib qəbiristanlıqda anamla-qardaşımın qəbrini tapa bilmədim və heç həs də tapa bilməyəcək. Çünki ermənilər o yerlərdə taxıl əkiblər".

Qeyd edək ki, sosial şəbəkələrdə Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun videosu yayılıb. Videoda iddia edilir ki, icra başçısı doğma kəndi olan Ağdamın Əliağalı kəndini ziyarət edərkən guya içkili olub. İcra başçısı V.Həsənov özü də saytımıza açıqlamasında bunların şər-böhtan olduğunu bildirib.

Maraqlıdır ki, Ağdamın sabiq icra başçısı Nizami Sadıqov da mətbuatda yazılanları oxuyub və Moderator.az-la əlaqə saxlayaraq baş verənlərə müasibət bildirmək istədiyini deyib:

“Vaqif müəllim əsl ziyalıdır. Onun anadan olduğu Əliağalı, Qalayçılar və Əlimədədli kəndləri qədim Kolanı camaatı hesab olunur. Tək Vaqif müəllim yox, o bölgənin bütün insanları qoçaq, mərd, sözübütöv və etibarlı olurlar. Kolanı camaatı erməni daşnaklarına qarşı dəstə yığıb döyüşən ilk fəallarımızdandır. Bütün bu saydıqlarım əlamətlər Vaqif müəllimə də xasdır. O, həm də mehriban bir insandır. Onun haqqında bu cür fikirlər yaymaq heç bir əxlaqa sığımır. O ki, qaldı dağılmış yurd yerlərinə ziyarətə, mənim oğlum Xarici İşlər Nazirliyində işləyir. Respublikamıza gələn xarici qonaqları Ağdamda bir neçə dəfə müşayət edib. O cümlədən fransalı fotoqraf Rza Deqatini də. O, R.Deqati bir dəfə Ağdam qəbiristanlığının şəkilini çəkib bizə göndərmişdi. O şəkilə baxanda ürəyim elə bil qırılıb içimə düşdü. Çünki qəbiristanlıqda bir dənə də olsun məzar daşı qalmamışdı. Həm də ermənilə oranı düzləyib əkin əkmişdilər. Ona görə də Ağdama getməyə ürəyim gəlmədi. Söz vermişdim ki, Ağdama gedəndə ilk olaraq valideynlərimin qəbirini ziyarət edib, qəbir daşlarını, torpağı öpəcəm. Allah erməniyə min lənət eləsin. Məzarların yer üzündən silinməsi də bizə əlavə bir dərd oldu. Bilirsiniz, kim necə istəyirsə, erməniləri elə də bağışlasın. Ancaq mənim qəlbimdə onlara olan nifrət əbədidir. Bütün bunlara baxmayaraq biz yaşamaq üçün mütləq Ağdama gedəcəyik. Çox güman ki, atalarımızın, analarımızın ruhu Ağdamda dolaşır. Məzarlarına qovuşa bilmədik, heç olmasa qoy ruhlarımız bir-birinə qovuşsun”.

Oxunub: 538

Son xəbərlər

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Bütün xəbərlər