ADNA-da keçilən "saxta imtahan" - İDDİA






Azərbaycan təhsil sistemi hər zaman cəmiyyətin əsas müzakirə predmeti olaraq qalır. Çünki bu sahədə uzun illər kök salmış problemlər təhsilimizin inkişafına mane olur, rüşvətin və korrupsiyanın şaxələnməsinə şərait yaradır. Təhsil sistemində bu sahəni hələ də «bazar» ideologiyası ilə idarə edən bir çoxları müxtəlif yollarla kreslolarını qorumağa can atır.

Redaksiyamıza Həmidov İlham Şirvan oğlu şikayət ərizəsi ilə müraciət edərək pozulmuş hüquqlarının və eyni zamanda maddi və mənəvi ziyanının bərpası üçün düşdüyü vəziyyəti ictimailəşdirməyimizi xahiş etmişdir. Biz də daxil olan məlumatları nə qədər saf-çürük etsək də, bütün riyazi və ədalət qanunlarını təklif etsək də heç bir uyğunluq aşkar edə bilmədik. Odur ki, bu «möcüzənin» həllini tapnmaq üçün Təhsil naziri E.Əmruıllayevə ünvanlamağı qərara aldıq.

«Mən Həmidov İlham Şirvan oğlu 05.10.2018 ci il tarixdə Özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən Ağayeva Aksana və həyat yoldaşı Ağayev Firudun tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında dövlət qulluğuna imtahan keçirdərək məndən 50.900 manat məbləğində pulu almışlar və əvəzində məni TN nin təhcizat idarəsinin müdüri vəzifəsinə işə düzəldəcəkləri barədə söz vermişlər.

Sonra məlum olmuşdur ki, ADN akademiyasının bir qrup işçiləri Aksana Ağayeva ilə əlbir olmuş məni və onlarla insanları aldadaraq külli-miqdarda pul mənimsəmişlər.

( Akademiyada imtahanlar keçirilmiş, autoriyalar da aylarla aldadılan şəxslər tələbə kimi dərslərdə iştirakı təmin olunmuşdur) Dəfələrlə Neft Akademiyasının rektoru və digər rəhbər vəzifəli şəxslərinə müraciət etsəkdə bu hadisə ört basdır edilmiş və cinayətkar qrupun digər üzvləri aşkarlanmamış və mənə dəyən zərər ödənilməmişdir.»

Bəli, bu məsələ sözün əsl və həqiqi mənasında təhsilimizin ən ali zirvəsinə utancdan başqa bir şey verməz. Axı necə olur ki, ADNA-da bir qrup dələduz tərəfindən işə qəbul məqsədilə imtahanlar, aylarla dərslər keçirilir, rektor M.Babanlının bundan xəbəri olmur?

Mövzunu diqqətdə saxlayacağıq.

PS. Nazirliklərin, universitetlərin mətbuat xidmətləri bilavasitə bu qrumların cəmiyyət və media ilə sıx əlaqələr qurmasına xidmət edir. İnsafən bəzi nazirliklərin, universitetlərin mətbuat xidməti operativ işləsələr də bir çox qrumlarda bu formal xarakter daşıyır. Bəzən isə özü medianın «şinelindən» çıxan həmkarlarımız kabinetlərinə tam yerləşən kimi «məmur xəstəliyi»nə tutulur, keçmişini unudur. Bəhs etdiyimiz mövzu ilə bağlı məsələyə aydınlıq gətirmək üçün ADNA-nın mətbuat xidmətinin rəhbəri Bəhruz müəllimlə əlaqə saxladıq. O, maşın sürüdüyünü, kruqda olduğunu, yarım saat ərzində cavab verəcəyini bildirdi. Lakin bir sutka keçməsinə baxmayaraq Bəhruz müəllimdən xəbər gəlmədi. Görünür, Bəhruz müəllim bu dəfə «kruqu» bir az geniş götürüb. //rubrika.az//

ADNA-da keçilən "saxta imtahan" - İDDİA











ADNA-da keçilən "saxta imtahan" - İDDİA

Oxunub: 932

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər