Deputat şəhid ailələri ilə görüş keçirib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov bayram günlərində Yevlax rayonunda şəhid ailələri ilə görüş keçirib. SİA xəbər verir ki, görüşdə şəhid ailələrinin qayğılarını dinləyən İlham Məmmədov Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısından danışıb və onların qayğılarının həll olunması üçün icra edilən və gələcəkdə də davam etdiriləcək tədbirlərdən bəhs edib. Natiq görüş zamanı bildirib ki, Azərbaycan xalqı, dövləti var olduqca onun ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən, sağlamlığını itirən insanlar daima xalqın qəlbində əbədi yaşayacaq, onların əziz xatirəsi unudulmayacaq.
Müəllif: Aysel Məmmədova
















