“Xalqı aldadan elə məmurlar var ki, onlara buna görə Ermənistanın, Rusiyanın, İranın “Xalq artisti fəxri adını” vermək olar...” - Seyran Səxavət







dogruxeber.tv: - “Həyatımızda o qədər aldanmışıq ki. Elə birinci aldanmağımız Ramiz Rövşənin bir şeirindəki kimi “gətirib bizi dünyaya, analar aldatdı bizi...” misralarıdır. Ən böyük aldanmağımız onda olub və sonra xırda-xuruş yalanlar gəlib”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı doğum günündə doğulduğu Füzuli rayonuna getdiyini bildirib:

“Doğum günümdə Füzuliyə getmişdim. Bir çox yerləri görüb gəldim. Həm də özümə möhtəşəm yubiley keçirdim. Məndən soruşdular ki, yubileyinizdə elə 3-4 nəfər olmusunuz? Dedim ki, yox, dostlarımla birlikdə bunu 130 min Füzuli əhalisi qeyd etdi. Bir sözlə, yubileyimdə 130 min 4 nəfər adam var idi”.

Yazıçı 1 aprelin “aldatdı günü” kimi qeyd olunmasından və həyatda aldanmasından da danışıb:

“Həyatımızda o qədər aldanmışıq ki. Elə birinci aldanmağımız Ramiz Rövşənin bir şeirindəki kimi “gətirib bizi dünyaya, analar aldatdı bizi...” misralarıdır. Ən böyük aldanmağımız onda olub və sonra xırda-xuruş yalanlar gəlib. Bu xırda-xuruş yalanların hamısı isə elə birinci yalanın içində doğulanlardı. Biz onsuz da hər gün yalanla rastlaşırıq. Hətta mənim özüm də yalan danışanda onun dərəcəsinə, ziyanvericilik dərəcəsinin hansı şkalada olmasına baxıram, elə yalan var ki, şərə yox, xeyrə xidmət edir. Yəni yalansız yaşamaq qeyri-mümkündür, bu oksigen kimi bir şeydir. Bir dəfə demişdim ki, dünyada nə vaxtsa oksigen tükənə bilər və onda bütün bəşəriyyət qırılacaq. Amma bizim heç birimizin burnumuz da qanamayacaq. Çünki biz oksigenlə yox, yalanla nəfəs alırıq. “Mən heç vaxt yalan danışmamışam” deyən adamların bu sözü elə ən böyük yalandır”.

Yazıçı nəinki 1 apreldə, ölkədə ilin hər günü xalqı aldadan məmurların olduğunu bildirib:

“Təbii ki, bizdə də xalqı aldadan məmurlar var. Elə səhv etmirəmsə, xalqı aldadan yeddi icra başçısı həbs olunub. Bunlar hələ üzə çıxarılanlardı, yəni aysberqin görünməyən tərəfidi. Ermənilər buna görə Paşinyana “Azərbaycanın Xalq artisti” adını vermək istəyir. Amma bizdə xalqı aldadan elə məmurlar var ki, onlara Ermənistanın, Rusiyanın, İranın “Xalq artisti fəxri adını” vermək olar”.

Son xəbərlər

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

Bütün xəbərlər