Mübariz Mənsimovun əmlakını axtarmaq üçün detektivlər göndərilir - AYDA 4 MİN DOLLAR MAAŞLA...






dogruxeber.tv: - Rusiyada müflis elan edilmiş “Palmali” MMC şirkətinin Türkiyə ərazisində əmlakını axtarmaq üçün detektivlər göndərilir. Virtualaz.org xəbər verir ki, bu haqda müflisləşmə haqda Rusiya vahid federal Reyestrinin saytında göstərilir.

Orada deyilir ki, detektivlərin xidməti “Palmali” MMC-nin hərracda satılan əmlakından daxil olan vəsaitlər hesabına ödəniləcək və hər bir hüquqi, yaxud fiziki şəxs bu xidmətə görə ayda 4 min dollardan çox olmayan haqq alacaq.

Detektivlər “Palmali Holding Company” şirkətinin sahibi Mübariz Mənsimovun 19 şirkətinə məxsus əmlakı axtarıb tapmalıdır. Rostovda fəaliyyət göstərmiş “Palmali” MMC bu şirkətin törəməsidir və 2018-ci ildə “Sberbank”ın iddiası əsasında müflis elan edilib. Şirkətin Rusiya ərazisindəki əmlakı, o cümlədən tankerləri borca görə müsadirə olunub. “Palmali” MMC Rusiya ərazisindəki çaylarda tankerlə neft və digər maye yüklərin daşınmasını həyata keçirirdi.

Mübariz Mənsimov Türkiyədə FETÖ ittihamı ilə həbs edilmişdi. Bu yaxınlarda məhkəmə onu irəli sürülən ittihamlar üzrə qismən təqsirli bilib və barəsində həbs cəzası kəsib, cəza ev dustaqlığı ilə azad olunub və Mənsimov həbsxanadan buraxılıb. Onun şirkəti isə müflis durumdadır, gəmiləri müxtəlif limanlarda həbsdədir və gəmiçiləri uzun müddətdir maaş ala bilmir.

Virtualaz.org

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər