İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA







dogruxeber.tv: - Son günlər ölkədə, eləcə də paytaxt Bakıda internet təchizatında problemlər yaşanır. Ya internet birdən-birə zəifləyir, abunəçi müqavilədə göstərilən sürəti ala bilmir, ya da müəyyən vaxtlarda tamamilə kəsilir.

Hazırda dərslərin onlayn keçirildiyini, o cümlədən bəzi şirkət və işçilərin onlayn işlədiyini nəzərə alsaq, bu problem ciddi fəsadlar yaradır, narazılıqlar ortaya çıxır. Abunəçilər bu haqda haqlı şikayətlərini bildirdikdə isə interneti təmin edən şirkətlər “hazırda təmir işləri aparılır, tezliklə problem aradan qaldırılacaq”, - deyə cavab verir.

Bəs ölkədə internetlə bağlı problem niyə səngimək bilmir?

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mövqeyini almağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı qeyd edib:

“Ölkəmizdə hələlik keyfiyyətli internet problemi öz həllini tapmayıb. Xatırlayıram ki, bir neçə il öncə ölkə Prezidenti də öz çıxışlarında ölkədə keyfiyyətli internet məsələsinə diqqət çəkmişdi.

Bəs keyfiyyətli internet nə deməkdir? Yəni dayanıqlı və yüksək sürətli. Hətta üçüncü də var - əlçatanlıq. Bəs əlçatanlıq necədir? Əlçatanlıq varsa dayanıqlılıq, sürət necədir? Bununla bağlı ölkəmizdə problem var. Düşünürəm ki, bu problem təkcə provayderlərin və yaxud hansısa qurumun problemi deyil, ölkə üzrə köklü problemdir.

Vaxtilə bu köklü problemi həll etmək üçün 2014-cü ildə böyük bir dövlət proqramı hazırlanmışdı. Bunun üçün isə büdcədən yarım milyard manat ayrılmışdı. Yəni pullar Neft Fondundan veriləcəkdi. Deməli, problem var idi ki, bu cür proqram işlənilmişdi. Hətta xarici qurumlar da cəlb edilmişdi, onlar ölkəmizə gələrək, analizlər aparmışdılar və sairə. Lakin son anda hökumət bu proqrama pul ayırmaqdan imtina etdi və problem olduğu kimi qaldı.

Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz imkanları daxilində nələrisə etdi. Yəni bir neçə rayon və Bakı ətrafındakı kəndlərdə problemin həlli yolunda bir sıra tədbirlər həyata keçirdi.

Hazırda bölgələrdə, eləcə də Bakıətrafı kənd və rayonlarda, xüsusən də Xırdalanda, Abşeronda keyfiyyətli internetlə bağlı problem var. Regionlardakı internet ADSL internetdir, yəni telefon xəttinin üstündə oturan internet. Hansı ki, dünyanın bir çox ölkələrində bu texnologiyanı arxivə göndəriblər. Təsəvvür edin, abunəçi internetə görə telefondan istifadə etmir, amma telefonun pulunu ödəyir, ona görə ki, onun üstündə internet alır. Bu, biabırçılıqdır.

Strateji yol xəritəsinə görə də məsələ öz həllini tapmalı idi. Lakin təəssüf ki, dövlət səviyyəsində bu problem hələ də öz həllini tapmayıb.

Bəs problemin həlli nədir?

Bura böyük investisiya qoyulmalıdır.

Özəl və dövlət provayderlərlə birlikdə bunu müzakirə etməlidirlər. Əgər bundan sonra da məsələni dövlət və ya özəl provayderlərin üzərinə buraxsaq, bu məsələnin həlli onillər çəkəcək.

Xüsusilə pandemiya dövründə rəqəmsal sahibkarlıqla bağlı Azərbaycanın qarşısında duran dördüncü sənaye inqilabının çağırışlarını nəzərə alıb, bu problemi həll etməliyik. Əks halda, bizi ciddi problemlər gözləyir.

Daha bir məsələ ilə bağlı da qeydim var, dövlətin onlayn təhsillə bağlı təhsil sisteminə göstərdiyi dəstəyi qüsurlu hesab edirəm. Qonşu Gürcüstanda, Qazaxıstanda və Ukraynada distant təhsilin keyfiyyətli təşkili üçün təhsil Nazirliyinə bir neçə yüz milyon vəsait dəstək verildi. Müəllim və şagirdlər üçün kompüterlər, planşetlər alındı, sürətli internet təmin olundu ki, təhsil batmasın. Bizdə isə bütün məsələ Təhsil Nazirliyinin üstünə atıldı ki, get, öz hesabına distant təhsili təşkil et. Bu cür yanaşma doğru deyil. Məlum məsələdir ki, ölkədə əksəriyyətin distant təhsilə əli çatmır və ya çətinlik çəkir".//“Yeni Müsavat”

Oxunub: 604

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər