Tikinti şirkətləri üçün bağlanan “QARA YOL”: - “İnşaat materiallarının bahalaşması səbəbindən...”





dogruxeber.tv: - “İşğaldan azad olunmuş ərazilərdə kütləvi tikinti işlərinin aparılması bəzi inşaat materiallarına tələbatı artırıb”.

Bu sözləri Azərbaycanda bəzi tikinti materiallarının qiymətində müşahidə olunan artımın səbəblərini dəyərləndirən Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, tikinti materiallarının qiymətində qeydə alınan artım tələbatın artması ilə əlaqədardır:

“Mülki tikinti sahəsində 2020-ci ildə tətbiq olunan yeni vergi qaydalarına uyğun olaraq, tikinti şirkətləri bütün xərcləri yalnız gəlir şəklində ödəməlidirlər. Nəticədə mənfəətdən 18 faiz əlavə dəyər vergisi (ƏDV) verilməlidir.

Bu baxımdan, tikinti şirkətləri artıq qara bazardan “qara yol”la inşaat materialları almağa çalışmırlar. Yəni materialların alışını rəsmi şəkildə həyata keçirməyə məcburdurlar. İnşaat materiallarının satışı və tədarükü ilə məşğul olan şirkətlər isə leqal fəaliyyət göstərəndə, əlavə xərcləri yaranır.

Ona görə də tikinti materiallarının qiymətində artım müşahidə olunur. Digər tərəfdən, artıq işğaldan azad olunmuş ərazilərdə kütləvi tikinti işlərinin aparılması bəzi inşaat materiallarına tələbatı artırıb. Bu amil də qiymət artımına təsir edir”.

Tikinti materiallarının qiymət artımının daşınmaz əmlak satışına mümkün təsirlərinə də toxunan Elnur Azadov bildirib ki, indiki bahalaşma ciddi təsirlərə malik olmayacaq:

“Əslində, maya dəyərinə nə dərəcədə təsir etməsindən asılıdır. 2005-2006-cı illərdə Bakıda kütləvi inşaat işləri həyata keçirilirdi. Bu ərəfədə armaturun qiyməti 600-900 manat civarında dəyişirdi. Ona görə də tikinti şirkətləri evlərin qiymətini 10-15 faiz artırdılar.

Lakin hazırda müşahidə olunan qiymət artımı o qədər də yüksək deyil. Artım, əsasən, bu sahədə vergilərin və yeni inşaat normativlərinin tətbiqi ilə bağlıdır. Tikinti şirkətləri artıq yeni başladıqları layihələrdə qiymətləri 12-17 faizlik artımla təklif edirlər.

Tikinti materiallarının indiki azhəcmli artımı normaldır. Belə hallarda bazar qiyməti tənzimləyir və tikinti şirkətləri daşınmaz əmlakın qiymətini qaldırmırlar”.

Son xəbərlər

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Bütün xəbərlər