Gürcüstan azərbaycanlıları Almaniyada problemlə üzləşib - TƏFƏRRÜAT






dogruxeber.tv: - Almaniyaya mövsümlük işçi kimi gələn Gürcüstan vətəndaşları problemlə üzləşib.

Bu barədə “Report”un Avropa bürosuna Bavariya əyalətindəki bir çiyələk tarlasında çalışan azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, ötən ay Almaniyaya mövsümlük işçi kimi gəliblər. Gürcüstanda olarkən Almaniyaya işçi kimi gəlmək üçün müqavilə bağladıqları şirkət onlardan adambaşına 100 avro pul alıb. Etiraz edən azərbaycanlılar əsasən Marnueli rayonundandır. Onlar bildirirlər ki, Almaniyaya gəldikdən sonra çalışdıqları çiyələk firmasının sahibi onları müqavilə ilə nəzərdə tutulmuş qaydalarda çalışdırmayıb.

“Bildiyiniz kimi bu ildən artıq Gürcüstan vətəndaşları Almaniyaya mövsümlük işçi kimi gedə bilirlər. Əsasən qulançar və çiyələk tarlalarında iş təklif olunur. Müqavilədə yazılmışdı ki, bizə saat başına 9,35 avro pul ödəyəcəklər, qalma yeri ilə təmin edəcəklər, bir otaqda maksimum iki nəfər qalacaq, koronavirusla bağlı tədbirlərə riayət ediləcək və hər həftə müayinədən keçiriləcəyik. Ancaq Almaniyaya gəldikdən sonra bu vədlərin demək olar ki, heç biri olmadı”- deyə şikayətçi azərbaycanlılar bildiriblər.

Onların sözlərinə görə, şərqi Avropadan, xüsusilə Rumıniyadan gələn işçilərin bir çoxu koronavirusa yoluxduqdan sonra, ölkələrinə qayıtmaq məcburiyyətində qalıblar. Bəziləri isə, qulançar tarlalarındakı işin ağırlığına görə geri qayıdıblar:

“Təsəvvür edin, bir otaqda 5-6 nəfər qalırıq. Vəd etdikləri 9,35 avro iş saatına görə yox, səhər qoyulan plana görə verilir. Məsələn, menecer gəlib səhər deyir ki, bu gün adambaşına 300-500 kilo çiyələk yığmalısız. Hava qaralır, iş saatı bitir, ancaq görürük ki, 200 kilo güclə yığmışıq. Bu günün kəsirini növbəti günə əlavə edib, tələb edirlər. Qısacası bizi burada çox ağır şərtlər altında işlədirlər”.

Şikayətçi Gürcüstan azərbaycanlıları bildiriblər ki, Bavariyadakı əmək müfəttişliyinə və yerli səhiyyə təşkilatına şikayət etdikdən sonra, tarlalarda yoxlamalar aparılıb:

“Ancaq bu yoxlamalar barədə əvvəlcədən xəbərdar olan firma sahibi bir gün öncəsindən hər şeyi qaydasına qoydu. Hətta bizə sürətli korona testi payladı. Yalnız nəticəsi neqativ olanlar tarlaya buraxıldı”.

Şikayətçilər bildiriblər ki, Gürcüstanda müqavilə bağladıqları şirkəti məhkəməyə verməyə hazırlaşırlar.

“Report”un Avropa bürosunun əməkdaşı məsələ ilə bağlı Bavariya əyalətindəki çiyələk firmasının rəhbərliyinə sorğu göndərib. Ancaq firma hələ də sorğuya cavab verməyib.

Oxunub: 504

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər