gundem / sosial
22.04.2021, 10:59
Aprel ayının bütün müavinət, təqaüd və kompensasiyaları ödənildi
![]()
dogruxeber.tv: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.
DSMF-dən verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.


