İcra başçılarının gözü niyə doymur? - “Rüşvətxor, korrupsioner məmurlar...“





dogruxeber.tv: - Azərbaycanda korrupsiya və rüşvətə qurşanmış məmurlara qarşı hüquqi müstəvidə mübarizə davam edir. Alimpaşa Məmmədovun həbsi ilə məhbus həyatı yaşayan icra başçılarının sayı 7-yə çatıb.

Maraqlıdır, silsilə həbslər, mütəmadi tənbeh tədbirləri icra başçılarını niyə əyri yoldan çəkindirmir?

Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytnant İlham İsmayıl mövzu barədə Yenisabah.az-a açıqlamasında problemin ilk olaraq idarəetmə sistemindən qaynaqlandığını vurğulayıb:

“İkincisi də bu rüşvət məsələsi elədir ki, fikrimcə, nəinki 7, hətta 70 rayonun icra başçısı da bu işi görür. Amma idarəetmə sistemindən irəli gələn proseslər var və onlar həmin proseslərdə geri çəkilə bilmir, pulun qabağında çox aciz qalırlar. Elə bilirlər ki, heç vaxt heç kəs gəlib onları tutası deyil. Amma iradə, siyasi qərar olandan sonra bu kimi məsələlər həll olunur. İndiyədək Qarabağ müharibəsi gedirdi, müharibədən sonrakı dövrdə də bu problemlər arxa plana keçmişdi, lakin icra başçıları bilsinlər ki, yeri gələndə yenə də DTX-nin hədəfi olacaqlar. Çünki demək olar ki, onlar barədə şikayət hər zaman var. Xüsusilə də, Şəmkirdən şikayət lap çoxalmışdı”.

Həmsöhbətimiz rüşvətxor, korrupsioner məmurların heç vaxt əməllərindən çəkinmədiklərini diqqətə çatdırıb:

“Lakin əməllərində müəyyən korrektələr edirlər. Bir az ehtiyatlı olurlar, fikirləşirlər ki, ehtiyatla rüşvət alanda heç kəs görməyəcək. Amma əgər hədəf obyektidirlərsə, istəirlər, rüşvəti səhrada alsınlar, xüsusi xidmət orqanı bunu sübut edərək onları həbs edə bilər”.//dia.az

Oxunub: 673

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər