"Bakı Metropoliteni" pandemiya ilə mübarizəyə ayrılan vəsaitin müəyyən hissəsini səmərəsiz xərcləyib

dogruxeber.tv: - “Bakı Metropoliteni” QSC-yə 2020-ci ildə dövlət büdcəsindən ayrılan subsidiyanın məbləği 2018-ci və 2019-cu illərlə müqayisədə müvafiq olaraq 8,8 mln. manat (18%) və 9,4 mln. manat (19%) azalaraq 40 mln. manat təşkil edib.
Gundəlik Bakı xəbər verir ki bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Qeyd olunub ki, bununla yanaşı “Pandemiya ilə bağlı metro ilə sərnişindaşıma fəaliyyətinə maliyyə dəstəyi” adı ilə əvəzsiz əsaslarla əlavə olaraq 27 679,0 min manat məbləğində vəsait də köçürülüb.
Son nəticədə 2018-ci ilin avqust ayından metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifinin bir gediş üzrə 50% artması (20 qəpiyə qarşı 30 qəpik), eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarları ilə tətbiq olunan məhdudiyyətlər səbəbindən metro nəqliyyatı ilə sərnişindaşımanın 2020-ci ildə illik istismar təqviminin 30-40%-i intervalında fəaliyyət göstərməsi şəraitində bu nəqliyyat sahəsinə yönəldilən əvəzsiz köçürmələr çərçivəsində dövlət büdcəsinin maliyyə yükü azalmayıb, əksinə artıb.
Dövlət büdcəsindən əvəzsiz əsaslarla alınmış maliyyə vəsaitlərinin təxminən 25 mln. manat civarında olan hissəsi xammal, materialların və təmizlik xidmətlərinin alınması istiqamətləri üzrə xərclənsə də əhəmiyyətli hissəsi debitor borclardan və mal qalığından ibarət olub.
“Nəticə olaraq qeyd etmək lazımdır ki, “Pandemiya ilə bağlı metro ilə sərnişindaşıma fəaliyyətinə maliyyə dəstəyi” adı ilə əvəzsiz əsaslarla verilən 27,679 mln. manat məbləğində vəsaitin müəyyən hissəsi pandemiya ilə əlaqədar olmayan istiqamətlərə, o cümlədən 8 320,5 min manatı əvvəllər bağlanılmış müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə və 135,8 min manatı isə vergi ödənişlərinə yönəldilib”, - rəydə deyilir. /Yeniavaz.com/

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər