Dövlət Reyestri Xidmətinin Şəmkir idarəsi sahibkara süni əngəllər yaradır - NARAZILIQ!

dogruxeber.tv: - Şəmkir rayonunun Zəyəm qəsəbəsinin sakini Yusif Vəliyevə “Azərittifaq”ın sədri Eldar Quliyevin imzasıyla aldığı obyektin sənədləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə İdarəsi tərəfindən süni problemlərin yaradılması barədə məlumat vermişdik. Yəni Yusif Vəliyevə qurumun Şəmkir İdarəsindən bildirilib ki, obyektin sənədləşdirilməsi üçün Xalq Deputatları Sovetinin qərarını gətirsin.

Məsələylə bağlı “Azərittifaq”ın sədr müavini Fəxrəddin İsmayılovla da əlaqə saxlamışdıq. O qeyd etmişdi ki, hazırda bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi müraciət hazırlanır. Fəxrəddin İsmayılov, Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə filialına gənc kadrların gəldiyini, bu baxımdan da süni problemlərin yaşandığını qeyd edib.

“Azərittifaq”ın rəsmisi vurğulayıb ki, dəfələrlə məsələnin həllinə çalışsa da, bu, mümkün olmayıb. Hətta özü də bu tip məsələlərlə bağlı Reyestr Xidmətinin Şəmkir üzrə İdarəsində olub. Lakin laqeyd münasibətlə üzləşib.

Yusif Vəliyev uzun müddət keçdikdən sonra yenidən redaksiyamızla əlaqə saxlayıb. O, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə İdarəsi tərəfindən süründürməçilikə üzləşdiyini deyib. Belə ki, Şəmkir sakini hələ də “Azərittifaq” tərəfindən verilmiş obyektə rəsmi sənəd ala bilmir. O, yenidən aidiyyatı dövlət orqanlarına müraciət edib:

“Qəzetiniz vasitəsilə “Azərittifaq”ın sədri, deputat Eldar Quliyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova bu işdə mənə kömək edilməsi üçün müraciət edirəm. Obyekti dövlət satıb, mən də almışam. Eldar Quliyev 25 ilin deputatıdır. Hər halda onun imzasıyla obyekt satılıb. Dünyanın başqa ölkələrində olsaydı, bu iş üçün dövlət kredit də ayırardı. Mən kredit istəmirəm. Obyektə dövlət sənədinin verilməsindən başqa heç nə lazım deyil”.
Qeyd: Mövzunu davam etdirəcəyik. //hurriyyet.az//

Son xəbərlər

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Bütün xəbərlər