Vəziyyət gərginləşir: - Taciklər Qırğızıstana, qırğızlar Tacikistana buraxılmayacaq

dogruxeber.tv: - Tacikistan Xarici İşlər Nazirliyi öz ölkəsinin vətəndaşlarına müraciət edərək Qırğızıstana hər hansı səyahətdən çəkinməyə çağırıb.

Müraciətdə həmçinin, Qırğızıstan ərazisindən keçməklə digər ölkələrə getməmək tövsiyə edilir. Cebhe.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş müraciətdən belə məlum olur. Rəsmi Düşənbə Qırğızıstanın iki ölkə sərhədini bağlamasına cavab olaraq bu addımı atıb. Tacikistanın xarici siyasət idarəsi Qırğızıstan Nazirlər Kabinetinin əvvəlcədən xəbərdarlıq etmədən sərhəddə müvəqqəti məhdudlaşdırma haqqında qərar qəbul etdiyini bildirib. Tacikistan yalnız sərnişinlərə deyil, həmçinin yük və sərnişin daşınması ilə məşğul olan hüquqi şəxslərə, fərdi sahibkarlara Qırğızıstan ərazisindən istifadə etməməyi, üçüncü ölkələr üzərindən alternativ marşrutlarla daşımalarla məşğul olmağı tövsiyə edib.

Qeyd edək ki, Qırğızıstan Nazirlər Kabineti sözügedən məhdudiyyətləri may ayının 21-dən etibarən tətbiq edib. Həmin qərarla Tacikistan vətəndaşlarının Qırğızıstan Respublikası ərazisinə giriş, qalma, hərəkət və tranziti ilə bağlı yeni qaydalar müəyyən edilib. Malların və nəqliyyat vasitələrinin qonşu ölkəyə və əks istiqamətdə keçməsi də məhdudlaşdırılıb. Bunlar Kulundu, Kayrağac, Kızıl-Bel, Bordebo və Karamık avtomobil yollarıdır.

Qırğızıstanın baş naziri Ulukbek Maripov məhdudiyyətlərin Tacikistanla problemli məsələlər həll olunana qədər qüvvədə olacağını deyib. Tacikistan öz addımını mayın 26-da Düşənbədən Bişkekə uçan sərnişin təyyarəsində insidentin yaşanması ilə əsaslandırır. Gəmidə Tacikistanın 177 və digər dövlətlərin doqquz vətəndaşı olub. Məhdudiyyətlər səbəbindən taciklər Qırğızıstan ərazisinə daxil ola bilmədiyindən, təyyarə Düşənbə hava limanına geri dönüb. Qırğızıstan isə yalnız quru yolunu deyil, artıq hava məkanını da Tacikistana uçan təyyarələrin üzünə bağlayıb.

Ona görə də mayın 26-da Tacikistan vətəndaşları Manas hava limanına enə bilmədən Düşənbəyə qayıtmağa məcbur olub. Ulukbek Maripov sərhədlərin müəyyənləşdirilməsi məsələsini yerli sakinlərin köməyi ilə yaxın gələcəkdə demarkasiya məsələlərini həll edəcəklərinə söz verib.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər