6 saylı cəzaçəkmə müəssisəsindən daha bir özbaşınalıq - GİLEY

dogruxeber.tv:- “Sevgi mesajı” dustağı Elməddin Mehdi oğlu Kərimova qarşı qəddarlıq 4 ili keçdi. Fizuli rayonu, Əbdülrəhmanlı kəndindən məcburi köçkün, Qarabağ qazisi ailəsinin oğlunun 15 yaşı olanda məktəb yoldaşı qızın sevgi mesajına cavab verməsi 5 ildən sonra 5 illik həbs cəzası ilə nəticələnib. Yəni heç bir dəlil, sübut, şahid ifadələri olmadan, ekspertizanın 5 dəfə (!) bakirəliyin pozulmadığı barədə rəyinə baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanov 19.05.2017 tarixli hökmlə məcburi köçkün qazi oğlunun həyatını qara qazamatlıq edib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Özü də, indi açıq-aydın göründüyü kimi, bağışlanma, əfv hüququ olmadan. Nə yuxarı instansiyalar 15 yaşlı gəncin həmyaşıdı ilə sevgi mesajlaşmasına görə ağır cinayətdə suçlanmasına hüquqi qiymət verib, nə də ədliyyə hüquq, əfv komissiyaları müraciətlərinə baxır. Penitensiar xidmətin işi lap özbaşınalıqdır. Təsəvvür edin, 1 il yarım qabaq ( biz yanılıb 1 il qabaq göstərmişdik) 2019-cu ilin sentyabrında cəza müddəti başa çatan şəxs 2021-ci ilin martında “əfv olunub” , amma 15 yaşında “sevgi cinayəti” edən şəxs əfvdən qıraqda qalıb ! (?)

Dustaq anası Diləfruz Baxşıyevanın üz tutmadığı dövlət orqanı, hüquq müdafiə təşkilatı qalmayıb. Hamısı bir-birinə ötürür, biçarə ana artıq intihardan özgə yol görmür. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı pandemiya dövründə online müraciətlərin qəbul edildiyini bildirib və vətəndaşın əfvlə bağlı müraciətini aidiyyatı üzrə göndərmək əvəzinə, imzanın olmaması səbəbindən (?) baxılmasının mümkün olmadığını vurğulayıb. Məhkəmə Hüquq Şurasının sədrinə əfv komissiyasının üzvü kimi müraciət edən məhkum anasına məsləhətçi (?) cavab verib ki, hakimlərin işinə qarışmaq səlahiyyətləri yoxdur (?) , məhkəməyə müraciət edilməlidir. Əfv sərəncamından keçən 2 ay müddətində, axırı, 6 saylı cəzaçəkmə müəssisəsi Nizami məhkəməsinə 5 illik cəzanın 4 ilini çəkən qazi oğlunun qalan 1 illik cəzadan azad edilməsi üçün təqdimat verib. Nizami məhkəməsinin hakimi Nəriman Mehdiyev 27.05.2021-ci ildə təqdimatı təmin etməkdən imtina edib. Məhkumun qazi atasının verdiyi bilgiyə görə, təqdimat elə yazılıb ki, hakim “sevgi məhkumu”nun azadlığa çıxandan sonra “mesaj cinayəti”ndən əl çəkib “islah olunmayacağı” qərarına gəlib.

Məcburi köçkün qazi oğlunun anası çıxış yolunu PA-da görür. İki həftəyə ya ölüm, ya qalım bilinər".

Oxunub: 533

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər