“Bizim üçün ayrılan ev başqasına satılıb” - Məcburi köçkün












“Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən dedilər ki, 2014-cü ildə bizə İmişli rayonunda ev ayrılıb, sənədləri də anamın adınadır. Ancaq indiyə kimi bundan xəbərimiz olmayıb”.

Bu sözləri Ağdamdan məcburi köçkün, hazırda Abşeron rayonu, Xırdalan şəhəri MK23 qəsəbəsində yaşayan Nəcəfov Təbriz Sehruz oğlu “Qafqazinfo”ya müraciətində deyib.

Şikayətçi qeyd edib ki, həmin evin onlardan xəbərsiz başqa bir ailəyə satıldığı bildirilib: “Evin sənədləri anam Cəfərova Zeynəb Hüseyn qızının adınadır. Şəhid ailəsiyik, problemin həllində kömək gözləyirik”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, ailə İmişli rayonunda dövlət tərəfindən yeni yaşayış sahəsi ilə təmin olunmayıb:

“Ağdam rayonu Göytəpə kəndindən məcburi köçkün Cəfərova Zeynəb Hüseyn qızı övladları Nəcəfov Təbriz Sehruz, Nəcəfov Tural Sehruz və Nəcəfova Rəqsanə Sehruz qızı ilə birlikdə 2016-cı ilə qədər İmişli rayonu Bəhramtəpə qəsəbəsində tanışlarının evində, 2016-cı ildən etibarən isə Abşeron rayonu Xırdalan şəhəri “MK-23" ünvanında müvəqqəti məskunlaşıblar.

Məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir. Yeni yaşayış sahələrinə qəzalı vəziyyətdə olan tikililərdə və ən ağır şəraitdə yaşayan məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Yəni qəsəbə istifadəyə verilən zaman Cəfərova Zeynəb Hüseyn qızının ailəsinin də yeni yaşayış sahəsi ilə təmin edilməsinə qanunauyğun formada baxıla bilər”.

Son olaraq qeyd edilib ki, ailə istədiyi təqdirdə Biləsuvar və Beyləqan rayonlarında Komitənin mənzil fondunda olan yaşayış sahəsi ilə təmin edilə bilər.
(Qafqazinfo.az)

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər