1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən ağlasığmaz qərar - Ekspertiza rəyinin verilməsi cavabdehə tapşırılıb








"1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayevin və hakimlər Şərafət Məmmədova ilə Aygün Abdullayevanın 4 ildir tələbkar Qarabağ əlilinin borclu ƏƏSMN -ə qarşı 20.06.2016 tarixli mənzillə təmin olunma haqqında məhkəmə qərarını icra etməkdən imtinasından media yazıb. Dəhşətə baxın, Şərafət Məmmədova özünün qəbul etdiyi qərarı icra etdirməyib və buna görə yuxarı instansiyaya təyinat alıb, Aygün Abdullayeva isə 11 aydır icraatına verilən tələbkarın ərizəsinə baxmır!" Bu barədə DogruXəbər.az xəbər vririki DİA.AZ-a daxil olan məqalədə deyilir ki

Daha sonra dia.az-a yazırlar: "Belə məhkəmə -hüquq özbaşınalığına kim hüquqi qiymət verməlidir ? Rəşid Rzayev sədri olduğu məhkəmədə baş verən özbaşınalıqlara qiymət vermək əvəzinə, özü də cavabdeh- borclu dövlət qurumlarının baş vəkili rolunda çıxış edib! Bir neçə gün öncə Rəşid Rzayevin Xətai rayon məhkəməsinə sədr təyin edilməsi isə bu şəxsin "yuxarı” səviyyədə dəstəklənməsini ortaya qoyur. Vay məhkəməyə işi düşən Xətai rayon sakinlərinin halına!

Bu günlərdə keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş sədri Rəşid Rzayevin və hakim Aygün Abdullayevanın daha dəhşətli özbaşınalığı haqqında məlumat əldə etmişik. ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza Komissiyasına (TSEK) ( hazırda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı əlilliyin müəyyən edilməsinə "elektron qadağa” qoyulmasına görə Qarabağ qazisi, məcburi köçkün ailəsinin qaldırdığı iddiaya bir ilə yaxındır baxılmaması özbaşınalığı bir yana, hələ üstəlik ekspertiza rəyinin verilməsi də cavabdehə tapşırılıb! ? (?) Belədə hansı məhkəmə təminatından danışmaq olar? Cavabdeh 4 ildir hər dəfə bir bəhanə ilə Mərkəzi Hərbi Klinikanın yararsız saydığı əsgərin sağlam olduğuna rəy verir, məhkəmə də bu rəyin doğruluğunu həmin rəyi verənin üzərinə qoyur !? Belə məhkəmə - hüquq sistemi ilə ”xiyar necə əyri bitməsin”? Çox güman, Rəşid Rzayevin və Aygün Abdullayevanın MPM-in 19-cu və 20-ci maddələrindən , yəni hakimə, ekspertə, mütəxəssisə , məhkəmə iclas katibinə etiraz etməyin əsaslarından xəbərləri olar. Hər halda, xəbərləri olmasaydı, neçə illərdi məhkəmə sistemində yüksək görəvlər tutmazdılar. Yəqin şeytan bunları yoldan çıxarıb və cavabdeh tərəfin özünün ekspert rəyi verməsinə absurd qərar qəbul edilib! (?) Odur ki , MPM-in , İPM-in sözügedən maddələrini bir daha oxumaq məsləhətdir.

Əlillər elə kateqoriyadır ki , həkimsiz keçinə bilmirlər . İndi isə istər-istəməz hakimə də işləri düşür. Kaş, heç kimin həkimə, hakimə işi düşməsin!"

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər