1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi QANUNLARA QARŞI... - 4 ildir qərarını icra etdirmir












"Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun-Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası hamıya , məhkəməyə də məcburidir . Amma və nə yazıq , məhkəmələr özləri yalnız Konstitusiyaya tabe olmalı olduqları halda , qəbul etdikləri qərarları icraya belə yönəltməyi "unudurlar”". Bu barədə DİA.AZ-a göndərilən məqalədə qeyd olunur.

Məqalədə daha sonra bildirilir: "Özü də bu "unutqanlıq” borclu dövlət qurumu olanda lap Alzheymer - yaddaş itirmə xəstəliyi həddinə çatır. Təsəvvür edin , ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX ) qarşı 1-ci dərəcəli Qarabağ əlilinin mənzillə növbədənkənar təmin olunmağı haqqında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ( BİİM) qaldırdığı iddia 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarla təmin olunub . Lakin 4-cü ildir dövlətin adından çıxarılan məhkəmə qərarı , ümumiyyətlə , icraya yönəldilməyib . Halbuki İnzibati Prosessual Məcəllənin (İPM) 79-cu maddəsinə görə , məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur və məhkəmə qərarının borclu tərəfindən könüllü olaraq icra olunmadığı hallarda İPM-in 116-121-ci maddələri və " İcra haqqında” qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir . İPM-in 116.2 maddəsində icranın birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi təsbit olunsa da , tələbkar Qarabağ əlilinin borclu ƏƏSMN yanında DSTX-ya (hazırda DSTX ləğv olunub və funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilib ) qarşı 4 ildir qanuni qüvvəyə minmiş iddiası üzrə 1 saylı BİİM qəbul etdiyi qərarının icrasını təmin etməkdən imtina edir . Bu özbaşınalığa Ədliyyə Nazirliyi , Məhkəmə Hüquq Şurası " hüquqi qiymət” verərək , hakim Şərafət Məmmədovanı yuxarı instansiyaya - Bakı Apellyasiya Məhkəməsinə transfer edib! (?) Fikir verin , bu xanım hakim məhkəmə qərarını icraya yönəltmədən borclu ƏƏSMN yanında DSMF-in borca aidliyi olmayan hüquqi şəxslərlə iş idarəsindən (??) məktub alıb ki , guya hüquqi şəxslərlə iş idarəsi borcunu yerinə yetirərək Qarabağ əlilini mənzillə təmin edib ! (?) Özbaşınalığa baxın , görün , məhkəmə hakimi qərarını köhnə tarixə necə " icra etdirib” ! Nə isə , Qarabağ əlili bu ilin fevralında yenidən 1 saylı BİİM -ə ərizə ilə müraciət edərək , İPM-in 118 və 120 maddələri əsasında məhkəmə qərarının məcburi icra olunmasının təmin edilməsi , icra haqqında qərardadın icrasına nəzarət olunmasını və borclu haqqında 50 min manatadək miqdarda cərimə tətbiqinə ərizə verib . Artıq 11 aydır tələbkar Qarabağ əlili hər ay ərizəsinə baxılmasını tələb etsə də , heç ərizənin hansı hakimə verilməsini də öyrənə bilməyib ! (?) Heç demə , 11 aydır tələbkarın ərizəsi Bakı Apellyasiya Məhkəməsindən 1 saylı BİİM -ə transfer olunan Aygün Abdullayevanın icraatında " baxtının açılacağını " - baxılacağı günü gözləyir ! Di gəl , hakimlər yerlərini dəyişsə də , özbaşınalıq dəyişməyib və hələ də tələbkar Qarabağ əlilinin və ərizəsinin baxtına gün doğmayıb . Məhkəmə sədri Rəşid Rzayev adi bir ərizəyə baxılmasını təmin edə bilmirsə , daha doğrusu , etmək istəmirsə , hansı məhkəmə təminatı hüququndan danışmaq olar ? Məhkəmə sədri və hakim Aygün Abdullayeva borclunu məhkəmə qərarının icrasına məcbur etmək əvəzinə , borclu ƏƏSMN -ə vəkillik etməsi ölkədə məhkəmə hakimiyyətinin faktiki formallığını ortaya qoyur .

Qərarının məcburi icrasını təmin etməkdən imtina edən məhkəmənin könüllü vəkillik xidmətini borclu ƏƏSMN , görəsən , natura şəklində ödəyir , yoxsa nağd pulla ?

Çox güman , Hesablama Palatası , Ədliyyə Nazirliyi , Məhkəmə Hüquq Şurası , Ombudsman , Baş Prokurorluq və yanındakı korrupsiya idarəsi və digər bağlantılı qurumlar nəyi bacarmasalar da , bu sualın cavabını tapmağı bacararlar . Təbii ki , özlərini əlavə vəkil kimi aparmasalar".

Dia.az

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər