Bələdiyyə sədri rəis müavinindən nazirə şikayət etdi

dogruxeber.tv:- Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Fariz Xəlilli Ağsu polisinin rəis müavini Vüsal Əliyevin onunla kobud davranışı və qanunsuz olaraq xuliqanlıqda ittiham etməsi iddiası ilə nazir Vilayət Eyvazova müraciət edib.
F.Xəlilli Ağsu rayonunda yaradılacaq Zəfər parkı üçün təsis edilən şirkətə şəhid Kamran Quluzadənin atası Pərviz Quliyevin direktor təyin edilməsi üçün mayın 24-də şəhər mərkəzinə getdiklərini bildirib.
Maşından düşüb təxminən 20 metr uzaqlaşdıqdan sonra maska taxmağı unutduğunu və avtomobilə qayıdarkən polis əməkdaşının onu çağırdığını qeyd edib: “Polis əməkdaşı Zəka Şıxəliyevə yaxınlaşıb vəziyyəti izah etdim. Artıq gec olduğunu və protokol tərtib olunacağını dedi. Mən də yerində protokol tərtib edilməsini xahiş etdim. Çünki bir neçə saat sonra magistrlarımın dissertasiya hesabatında məruzəçi kimi çıxış etməli idim”.
F.Xəlilli həmin polisin protokolun yalnız idarədə yazılacağını deyib və sədr olduğunu bildikdən sonra bu barədə rəis müavini Vüsal Əliyevə məruzə edib: “Vüsal Əliyev “təcili onu bölməyə gətirin” əmri verdi. Polis maşını gəldi və məni polis idarəsinə gətirdilər. Telefonumu aldılar və tələbələrimə hesabata qoşula bilməyəcəyimi deməyə imkan vermədilər.
Qarşımıza həyətdə polis rəisinin müavini Vüsal Əliyev çıxdı. Məni görən kimi nalayiq ifadələr işlətdi. Mən də onun özünə irad tutdum ki, siz maskasızsınız. Vüsal Əliyev əsəbiləşdi və əmr elədi, həbs olunsun. Məni ikinci mərtəbəyə gətirdilər, bütün polis əməkdaşları maskasız idi, hamısına irad tutdum.
Mənim haqqımda ittihamı Vüsal Əliyevin əmri ilə dəyişdilər. O otağına əsəbi halda girir, çıxır, qapını çırpır, 510 və 535.1 əlavə olunsun deyirdi. Protokolda xuliqanlıq, polisə müqavimət göstərməyi gördüm və imzalamadım.
Mənim haqqımda sənədləri topladılar və Ağsu şəhər məhkəməsinə göndərdilər. Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə təqsirli bildi, 200 manat cərimələdi. Mən məhkəmə qərarının ədalətsiz olduğunu, hüquqlarımın pozulduğunu, adı çəkilən maddələrin mənim şərəf və ləyaqətimi alçaltdığını bir daha bildirirəm”.
F.Xəlilli qeyd edib ki, bundan öncə də şəhid Kamran Quluzadənin dəfni zamanı Vüsal Əliyevin göstərişi ilə kəndin girişində post qurularaq anım mərasiminə gələnləri geri qaytarırmışlar. Onun təkidindən və Nazirlər Kabinetinin qərarını bildirdikdən sonra mərhum icra başçısı Vahid Tağıyevin xahişi ilə post yığışdırılıb.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, mayın 24-də ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Ağsu RPŞ əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Fariz Xəlilli tibbi maskadan istifadə etmədiyi üçün qanunvericiliyin tələbləri ona izah edilib, barəsində protokol tərtib olunacağı bildirilib: "Buna baxmayaraq, F.Xəlilli polisin qanuni tələbinə məhəl qoymayıb. Bu səbəbdən həmin şəxs Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Ağsu Rayon Məhkəməsinin də qərarı ilə onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb".

Oxunub: 498

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər