gundem / hadise
20.06.2019, 14:27
Zığ bələdiyyəsinin sədri barəsində protokol tərtib edildi
![]()
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxtın Suraxanı rayonu ərazisində reyd keçirib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Zığ bələdiyyəsinin inzibati binasının arxa hissəsində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.
Zığ bələdiyyəsinin sədri K.Nəsrullayev İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.


