sosial
27.08.2020, 12:07
Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
dogruxeber.tv bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Vəli Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə, o, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.
(Unikal.org)


