gundem / hadise / bolge
18.06.2021, 17:26
Azərbaycanda ağır qəza: Yaralılar var - Foto
Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
dogruxeber.tv-ın Teleqraf.com-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.
"Hyundai" markalı avtomobillə "QAZ-31" markalı avtomobil toqquşub. Nəticədə minik maşınında olan 3 sərnişin ağır xəsarət alıb. Onlar 1996-cı il təvəllüdlü Ayxan İsmayıllı,1984-cü il təvəllüdlü Mansur Rüstəmov və Səbuhi Süleymanovdur.
Yaralılardan biri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb. Xəsarət alan şəxslər Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır





