Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda mikroavtobus və "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxslərin kimliyi bəlli olub. xəbərinə vəziyyəti ağır olan şəxs 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğludur, vəziyyətləri kafi olan - 1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu, 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğludur.
Faktla bağlı araşdırma aparılır.
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus və "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./apa



