İnam Kərimov fermerləri EŞİDƏCƏKMİ? - GİLEY


dogruxeber.tv: - Tovuz rayonunun aran hissəsində kartofçuluqla məşğul olan fermerlər bu il bol məhsul götürməyi planlayırlar. Onlar bir neçə ildir suvarmada çətinliklərlə qarşılaşdıqlarından, bunun məhsuldarlığa mənfi təsiri ilə üzləşiblər. Bu il isə hava yağmurlu keçdiyindən suyun bol olduğunu deyirlər. Hazırda son suvarmaları həyata keçirilən bu bitkinin bir neçə gündən sonra yığımına kütləvi şəkildə start veriləcək. Lakin son suvarma bitməmiş fermerlərin məhsulu sata bilməmək narahatlığı artıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri kartof əkini ilə məşğul olan fermerlərin sahələrində olaraq kartofun vəziyyəti ilə maraqlanıb.

40 ildir kartofçuluqla məşğul olan fermer Atakişi İmaməliyev ilkin suvarmada su qıtlığı ilə üzləşsələr də, hazırda bu sahədə çətinlik olmadığın dilə gətirib:

"Suvarmada ilk dövrlər suyun qıtlığından çətinlik çəkdik. Kartof elədir ki, gərək həftədə bir dəfə suvarıla. Belə olduqda, həm məhsuldarlıq yüksək olur, həm də məhsul keyfiyyətli. Gecikdirildikdə isə ikinci böyümə əmələ gəlir və kartof formasını itirir. Nəticədə satışa ziyan verir, alıcılar yöndəmsiz məhsulu almaq istəmirlər. Bu səbəbdən kartof sahələri çox olduğundan, suya da böyük tələbat yaranır. Şükürlər olsun ki, bu il yağıntı normadan da artıq oldu və bu vəziyyətdən fermerlər çıxa bildi".

Fermerin bildirdiyinə görə səpinin aparılma vaxtından asılı olaraq, mayın 15-dən etibarən ilk suvarma həyata keçirilir. Məhsul yığılana qədər isə vəziyyətdən asılı olaraq 6, bəzən 8 dəfə ümumilikdə su verilməli olur. Hazırda son suvarma işini aparan fermer ehtiyac olsa bir neçə gündən sonra bir dəfə də kartofu suvarmağı düşünür.

Fermer aran kartofçuluğunda ən böyük çatışmamazlığın toxumçuluqla bağlı olduğunu söyləyib:

"Çalışırıq bu toxumları özümüz istehsal edək. Bu, bizim üçün ucuz başa gələr və mənfəətimizə xeyli təsir göstərə bilər. Lakin əlimizdə toxumçuluq üçün lazımi imkanlar olmadığından öz məhsulumuzdan lazımı qədər toxum götürə bilmirik. Öz toxumumuzu əkdiyimiz sahələr isə o qədər də məhsuldar olmur. Dövlətin dəstəyi ilə öz məhsulumuzdan toxum götürmə işini təkmilləşdirsək, gələcəkdə daha az xərclə daha çox məhsul götürə bilərik".

Böyük kartof sahələri olan fermerlər suvarma işini təcrübəli suçulara gördürürlər. Bir hektarı suvarmaq üçün fermer 40 manatından keçməli olur. Bir çox təsərrüfatçı isə əlavə xərcdən qaçmaq üçün öz sahələrini özü suvarır.

Təsərrüfatçı Vüqar Abdullayev sonuncu suvarmasını aparır. Suvarmada çətinlikdən çox onu alıcı tapa bilməməsi narahat edir:

"İki hektar 20 sot sahədə kartof əkmişəm, hazırda 7-ci dəfə suvarıram. Bu il suvarma yaxşı olub. Yeganə problemimiz kartofun satışı ilə bağlıdı. Kartof istidə çox qalmadığından, yığımdan öncə alıcı gəlib məhsulun behini verir, hazır məhsulu götürməyə boyun olur. Sahədən çıxarıldıqca, kisələrə götürürlər. Lakin bu il kartofun çıxarılmasına sayılı günlər qalıb, amma hələ heç bir alıcı gəlib kartofla maraqlanmayıb".

V.Abdullayev məhsulun sahədə satılmamasının əlavə xərclərə səbəb olduğunu deyib:

"Məhsulu sahədə sata bilməsək, əlavə xərcimiz çox olur. Soyuducuya qoymalıyıq, setka almalıyıq, yerləşdirmək üçün fəhlə tutmalıyıq. Ona görə də sahədə satmaq ən gözəl alverdir. O da ki, alıcımız yoxdur".

Bu il Tovuzda təxminən 6 min hektara qədər sahədə kartof əkilib. Kütləvi məhsul yığımına isə çox az vaxt qalıb.//dia.az

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər