Yeni qərar fermerlərin xeyrinədir?













“Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli xaricdən idxal olunan kartofun rüsümunun artırılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məhdudiyyət qısa müddəti - oktyabrın 31-nə qədər olan dövrü əhatə edir: “Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir. Məlumatlara görə, artıq bu gündən İran istiqamətində ölkəyə kartof idxalına məhdudiyyət qoyulub. Bu, sevindirici addımdır, çünki, bu il kartof sahələrində məhsuldarlıq yüksək olub, fermerlər məhsullarının satılmasında əziyyət çəkirdilər. Dövlət bu durğunluğa adekvat reaksiya verərək istehsal-satış prosesini canlandırmağa çalışır.

Təqvimə əsasən, yazlıq kartof aprel-may ayları (“mayovka” deyilən) çıxarılır, mövsümi amillərə görə, satışında ciddi problem yaranmır. Əsas problem may-iyun aylarında yığılan məhsulla bağlıdır, iqlim amillərinə görə, bütün regionlarda eyni vaxtda yetişdiyi üçün, üstəgəl, isti aylarda “ikinci çörəy”ə təlabat aşağı düşdüyü üçün satış zəifləyir, saxlama gücü olmadığına görə fermerlər məhsullarını ümidini satışa bağlayır. Qısamüddətli bu qərar təbii ki, yerli kartofun satışına, təkrar istehsalına müsbət təsir göstərəcək. Şübhəsiz ki, idxalın məhdudlaşdırılması fonunda yaxın iki ay ərzində vəziyyət xeyli dəyişəcək. Lakin kartofa tələbat daha çox soyuq aylarda artdığı üçün oktyabrdan sonrakı dövrdə idxal kartofu yenidən bazarlarımıza ayaq açacaq. Adətən, dekabr ayından etibarən əhalinin tələbatı ilə yanaşı qiymətdə qalxmağa başlayır. Hazırda iri topdansatış bazarlarında məhsulun bir kiloqramı 0.45-0.55 qəpik arasında dəyişir, əhalinin seçimində favorit isə Tovuzdan gətirilən kartofdur”.

Ekspertin sözlərinə görə, bu addım ölkənin ümumilikdə kartof idxalından asılılığını təkzib edə bilməz: “Rəqəmlərə görə, “ikinci çörək”ə ölkənin illik təlabatı 985 min tondur. Ötən il 58 min 772 min hektarda əkin aparılıb, 882 min ton məhsul tədarük olunub. Statistikaya görə, tələbatla istehsal arasında olan fərq 103 min tondur. Lakin reallıqda ölkəyə payız-qış mövsümündə 160 min tona qədər kartof gətirilib. Bu ölkə tələbatının 16%-i təşkil edir. Üstəgəl, kartof ixracımız idxaldan azdır. Ötən il 58 min tona qədər kartof ixrac etmiş, əvəzində 160 min ton alıb gətirmişik. Əsas kartof idxal etdiyimiz ölkələr İran, Rusiya, Gürcüstan və Türkiyədir. İstehsal həcminə, coğrafi yaxınlığına görə, İran bu il kartof bazarımızın favoriti olacaq.

Ölkənin kartof bazarındakı idxaldan asılılıq faktorunu aradan qaldırmaq üçün saxlama imkanlarının-soyuducu anbar komplekslərinin inkişaf etdirilməsi son dərəcə vacibdir. Saxlama imkanı olmadığı üçün məhsulu torpaqdan çıxan kimi satıb sonra qonşudan almaq məcburiyyətində qalırıq. İkinci ən ciddi problem ölkədə kartof toxumunun yetərincə olmamasıdır. Kartof toxumu Rusiya, Ukrayna, Polşadan gətirilir ki, bu da məhsulun maya dəyərinə ciddi təsir göstərir”.

Günel Türksoy

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər