Azərbaycanda “Dollar” əkib kilosunu 10 qəpiyə satanlar… – REPORTAJ









Hazırda Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının yığımı mövsümüdür. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün son illərdə həyata keçirilən islahatların, dövlət proqramlarının, yeni kənd təsərrüfatı texnikalarının alınması və s. görülən işlər öz bəhrəsini verir. Bu baxımdan xüsusən tərəvəzçilikdə məhsul bolluğu yaşanır.

Məhsul bolluğu isə həm də ucuzluqdur. Ötən il soğan və sarımsağın birdən-birə bahalaşması səbəbindən kəndli-fermerlər bu tərəvəzə daha çox meylləndilər, nəticədə soğan və sarımsaq əkini kəskin artdı. Nəticədə bolluq yarandı və deyəsən fermerlər gözlədikləri yüksək gəliri əldə edə bilməyəcəklər.

Virtualaz.org bu mövsümdə Azərbaycanda soğan istehsalı ilə bağlı vəziyyəti araşdırıb və bəlli olub ki, əlverişli hava şəraitindən məhsul bol, çəkilən xərc isə ötən ilə nisbətən az olub. Ona görə də əksər rayonlarda yığılan məhsul artıq satılıb.

Xərci az, qazancı ikiqat artıq oldu

Lənkəranlı fermer Aydın Calalov deyir ki, ötən il alıcı tapmaqda çətinlik çəkdiyindən bu il cəmi 1,2 hektar sahədə soğan əkib. Bir kiloqram qırmızı soğanın mayasıı 20-25 qəpiyə başa gəlib, məhsulu 50 qəpikdən sata bilib. (Hazırda Bakı bazarlarında qırmızı soğanın 1 kiloqramının parakəndə satış qiyməti 1 manata yaxındır-müəl.) Fermer deyir ki, cənub bölgəsində əsasən qırmızı soğan, yəni “Sabir” sortuna üstünlük verirlər. Çünki həm yerli, həm də Rusiya bazarında qırmızı soğana təlabat var, üstəlik nisbətən bahadır.

Aydın Calalov

“Digər məhsullardan fərqli olaraq havanın günəşli keçməsi xərcləri azaldır. Belə olduqda məhsulu 40-45 qəpiyə də satmaq sərf edir”,- Calalov deyib.

1 hektar ərazidə əkin üçün təxminən 8 kiloqram toxum lazımdır, “Sabir” sortunun toxumunun 1 kiloqramı isə 50 manatadır. Fermer xərclərini açıqlayır, deyir ki, torpağı şumlamaq üçün 50 manat, torpağın üstünün daranmasına 25 manat ödəyib, xəstəliklə mübarizə xərcləri də o qədər yüksək olmayıb. Soğanın maya dəyərinə təsir edən, yəni əsas xərc alağın təmizlənməsinə gedir. Yağmurlu hava şəraitində ay boyu 1 hektar sahəni 10-12 fəhlə təmizləyir, hər birinə gündəlik 7-8 manat ödənilir.

“Hava günəşli olanda işçi xərci azalır, yağmurlu olanda isə məhsul bol olur. Xərcin az, məhsulun bol olması üçün suvarma sisteminin olamsı vacibdir”-lənkəranlı fermer deyir.

Həmsöhbətimiz bildirir ki, hazırda Lənkəran bazarında qırmızı soğanın parakəndə satış qiyməti 60-80 qəpikdir.

Bərdədə hamı soğan, sarımsaq əkib…

Azərbaycanda soğanın əsas “vətəni” sayılan Bərdədə isə bu 638 hektar sahədə soğan, 100 hektar sahədə sarımsaq əkilib və hər hektardan 50-70 kiloqram arası soğan yığılıb. Nəticədə məhsul bolluğu qiymətlərə təsir edib, indi əksər kəndlilər soğanın kiloqramını 10-15, sarımsağı isə 80 qəpikdən satmağa çalışır.



Bərdə rayon Kənd Təsərrüfatı İdarəsindən etiraf edirlər ki, mütəxəssislərin hansı məhsulun əkilməsinin daha sərfli ola biləcəyi, əkin planlaşdırması ilə bağlı tövsiyələrinə əməl edənlər azdır. Hansısa məhsul baha olanda, növbəti ildə hamı kütləvi şəkildə həmin məhsuldan əkir, nəticədə gözlədikləri qazancı əldə edə bilmirlər.

Bərdəli fermer: “Qonşu mənə baxır…”

Bərdəli fermer Nicat Aslanov isə deyir ki, əsasən Türkiyə və Hollandiyadan gətirilən sortları üstünlük verirlər, məsələn, “AKT”, “Dollar” sortunun və digər məhsuldar sortların toxumun kiloqramı 180-200 manatadır. Soğanın əkilməsindən tutmuş sahədən kisələrə yığılmasınadək xərclər 1 hektar üçün 3000-3500 manata başa gəlir.

Fermer əlavə edir ki, bu il məhsul bol olduğundan hələlik alıcı tapmaqda çətinlik çəkirlər.



“Məsələn, ötən il bazarda sarımsağın kiloqramı 9-13 manat oldu, çoxu topraq icarəyə götürərək sarımsaq-soğan biznesinə başlamaq istədi. Rusiyada alver edən və heç vaxt təsərrüfatla məşğul olmayan qonşum belə sarımsaq, soğan əkdi. Elə belələrinə görə də illərlə təsərrüfatla dolanan kəndli çətinlik çəkir”, -Aslanov əlavə edib.

Fermer ümid edir ki, kəndlilərə dəstək məqsədilə gələcəkdə sifariş əsasında məhsul əkilməsi təcrübəsinə başlanıla bilər. Belə olduqda tədarük müəssisələri məhsulu sahədən alar, özü də satar.

“Dollar” sortu, məhsuldarlığına görə üstündür

Bu il dağlıq bölgələr istisna olmaqla respublikanın digər rayonlarında 12 min hektar ərazidə soğan əkilib, bəzi yerlərdə məhsuldarlıq 80 tona yaxın olub. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun aqrokimya laboratoriyasının müdiri Şakir Quliyev sayta bildirib ki, məhsuldarlığın yüksək olması üçün aqrotekniki qaydalara riayyət etmək vacibdir. Toxumun səpinindən tutmuş sahəyə qulluğa qədər bütün tövsiyələr yerinə yetirilərsə, zərərverici və ya xəstəlik olmaz. Soğana əsasən “Soğan milçəyi” zərər vurur, fermerlər aqrotexniki qaydaları bilsələr sahələrdə zərərvericilər olmaz.



Hazırda Azərbaycana Türkiyə vasitəsilə fermerlər arasında “Dollar” kimi tanınan Amerika soğan sortu, bundan əlavə, Türkiyə və Hollandiyadan müxtəlif sortlar gətirirlər. Məsələn, məhsuldarlığa görə “Dollar” sortundan istifadə edənlər çoxdur.

Bununla belə hər zonaya uyğunlaşmış yerli sortlar da var və keyfiyyətinə görə xaricdən gətirilən sortlardan geri qalmır. Quliyevin sözlərinə görə, yerli istehsal hesabına ölkə əhalisinin soğana olan təlabatı tam ödənilir. Üstəlik məhsulun ixracı üçün də yaxşı şərait var. Məsələn, Rusiya bazarında soğana təlabat yüksəkdir, fermerlər məhsullarını Rusiya bazarlarına çıxara bilərlər.

Qeyd edək ki, ötən il Azərbaycandan Rusiyaya soğan ixracı kəskin artmışdı.


Azərbaycanda “Dollar” əkib kilosunu 10 qəpiyə satanlar… – REPORTAJ
Azərbaycanda “Dollar” əkib kilosunu 10 qəpiyə satanlar… – REPORTAJ
Azərbaycanda “Dollar” əkib kilosunu 10 qəpiyə satanlar… – REPORTAJ
Azərbaycanda “Dollar” əkib kilosunu 10 qəpiyə satanlar… – REPORTAJ

Oxunub: 904

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər