“Oskar” mükafatı alan məşhur bakılı rejissor vəfat etdi


dogruxeber.tv: - Tanınmış bakılı rejissor və “Oskar” mükafatı laureatı Vladimir Menşov vəfat edib.

“Tanınmış sovet və Rusiya kinorejissoru, aktyoru, ssenaristi, prodüseri, “Mosfilm”in idarə heyətinin üzvü 82 yaşında koronavirus infeksiyasının yaratdığı fəsaddan dünyasını dəyişib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakıda dünyaya göz açıb. Məktəbin birinci sinfinə də Bakıda gedib. Onun atası dənizçilik məktəbini bitirdikdən sonra kapitanın birinci köməkçisi kimi işləyib, sonra NKVD-də (SSRİ Xalq Daxili İşlər Komissarlığı) xidmət edib.

Anası evdar qadın olub. Atasının işinə görə ailə əvvəlcə Bakıda, daha sonra Arxanqelskdə və ardınca da Həştərxanda yaşayıb.

İnstituta girməzdən əvvəl Vladimir Menşov Vorkutadakı mədəndə, fabrikdə xarrat işləyirdi, Bakıda dalğıc gəmisində dənizçi və həmçinin Həştərxanda Kirov adına teatrın köməkçi heyətində aktyor kimi çalışıb.

1965-ci ildə Moskva İncəsənət Teatrında V.İ.Nemiroviç-Dançenko adına Məktəb-Studiyanın aktyorluq fakültəsini, 1970-ci ildə – Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsində aspiranturanı (Mixail Rommun emalatxanası) bitirib.

1970-1976-cı illərdə “Mosfilm”, “Lenfilm” və “Odessa” kinostudiyalarında müqavilələr əsasında işləyib.

Vladimir Menşov – Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatıdır.

O, həmçinin “Moskva göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”) filminə görə “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.//tia.az

Oxunub: 589

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər