Separatçılar Qarabağdan qovulmalıdır - Başqa yolu YOXDUR!

dogruxeber.tv: - “Erməniləri uzun illər hazırlaşdırdılar, gücləndirdilər və tarixi torpaqlarımızı işğal etdirdilər. Bu zir-zibillərin yenidən bizim ərazilərimizdə yaşaması və hansısa qurumlarının olması ziyanımızadır. Düşünürəm ki, havadarları yenə də onlara dəstək verəcək, hazırlaşdıracaq, gücləndirəcək və 20-30 ildən sonra bizim üçün bəlaya çevriləcəklər”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov Qarabağdakı erməni separatçılarından danışarkən deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi ilə işğalçılara ağır zərbə vurulub, düşmən kifayət qədər zərərsizləşdirilib, yerdə qalanları da qaçaraq canını xilas edib. Onun sözlərinə görə, bununla da 30 ildən sonra ədalət bərpa olunub:

“Bəli, biz bu müharibəni udduq, ərazilərimizi işğaldan xilas etdik. Bu böyük və ədalətli hadisə tarixdə qalacaq”.

Bununla belə “Haray, bu başdan”- məsələni xatırladan E. Məmmədov əlavə edib ki, indidən Qarabağdakı ermənilər məsələsində ciddi düşünməliyik. Onun fikrincə, erməni separatizminin tör-töküntüləri indidən Azərbaycan ərazisindən qovulmalıdır: “Yəni indidən müəyyən tədbirlər görməliyik ki, gələcək nəsillərimizə təhlükə yaranmasın.

Erməni xisləti ortadadır. Bu gün də Ermənistan bu qədər acı məğlubiyyətdən sonra özünü normal aparmır. Gah revanşist bəyanatlar verir, gah Ermənistan rəsmiləri qanunazidd açıqlamalar səsləndirir, Qarabağdan danışır, gah da əsassız ərazi iddiaları irəli sürürlər.

Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan ərazilərində Azərbaycanın dövlət süverenliyi, qanunu işləməlidir. Başqa cür ola da bilməz. Ermənilər əgər burada yaşamaq niyyətindədirsə, özlərini buna uyğun aparmalıdırlar”.

Deputat bildirib ki, Azərbaycan öz tarixi torpaqlarında hansısa cinayətkar-separatçı quruluşun olması ilə heç vaxt barışa bilməz və bu qondarma quruma qarşı anti-terror əməliyyatı keçirilməlidir.

Oxunub: 647

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

Bütün xəbərlər