Deputat: “Bu, müstəqilliyimiz qədər əhəmiyyətli bir hadisədir”













Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən parad hər bir azərbaycanlı üçün sevincli və qürurlu hadisə idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, 100 il bundan əvvəl Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun birlikdə keçirdikləri uğurlu əməliyyat nəticəsində Bakı şəhəri daşnak-bolşevik dəstələrindən azad edildi:

“Bununla da tarixi Azərbaycan torpağının baş şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Bu, sadəcə hərbi əməliyyat deyildi, ümumilikdə Azərbaycan xalqının özünün müstəqillik arzusunu həyata keçirməsi idi. Bu hadisə müstəqillik əldə etdiyimiz qədər əhəmiyyətli bir hadisədir”.

A.Mirzəzadə vurğulayıb ki, Bakının işğaldan azad olunmasının 100 illiyini qeyd etməyə hazırlıq çoxdan gedirdi: “Bunun kulminasiya nöqtəsi isə bu gün keçirilən hərbi parad oldu. Hərbi paradda Türkiyənin dövlət başçısı, Azərbaycanın dostu Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin hökumət üzvlərinin, türk hərbi birləşmələrinin iştirakı iki qardaş xalqın birliyindən, həmişə bir-birinə dəstək olacağından xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, bugünkü paradda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qorumaq əzmindədir və bu məsələdə heç nə ona mane ola bilməz:

“Bugünkü güclü dövlətimiz, güclü Silahlı Qüvvələrimiz bunun bir daha təsdiqidir və belə paradların çox da uzaq olmayan bir dövrdə artıq Xankəndi, Şuşa və digər işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur”.

Oxunub: 738

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər