Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO)













İsveçrənin məşhur brendi "Franck Muller" saatlarının banisi Vartan Sermakes Kəlbəcər rayonunda və Vecnəli kəndində qızıl axtarışı ilə məşğul olub.

dogruxeber.tv Trend-in məlumatına əsasən bildirir ki, bununla bağlı kifayət qədər dəlillər də mövcuddur. Vartan Sermakes Ermənistan hakim dairələrinə yaxınlığı ilə tanınıb. Onun rəsmi şəkildə Ermənistan prezidentləri ilə görüşləri də olub."FranckMuller" saatları dünyanın ən bahalı onluğunda olan brend markalardandır. Şirkətin rəhbəri Vartan Sirmakes İsveçrədə 7 brend markanın 14 istehsal müəssisəsinin sahibi, "ArmSwissBank”ın prezidentidir. Sirmakes həm də İsveçrədəki erməni diasporunun əsas himayədarıdır.Erməni siyasi rəhbərlərinin bu berndə məxsus bahalı saatlardan istifadə etdiyi mediada geniş yayılıb."Franck Muller” saatlarının harızlanmasında qızıldan da istifadə olunur ki, bu da bu saatlarının baha olmasının əsas səbələrindəndir. Saatların istehsalı üçün istifadə edilən qızıl hissələrini Kəlbəcərin və Vecnəli qızıl yataqlarından çıxarılır. İşğal olunmuş ərazilərimizdə kriminal bizneslə məşğul olan Sermakes bu yolla milyonlarla dollar qazanıb.Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycan torpaqlarının işğalda olmasından istifadə edib orada təbii sərvətləri talayan əcnəbi şirkətlər qanun qarşısında cavab verəcəklər. Həmin əcnəbi şirkətlər erməni fitvasına uyub işğal altındakı torpaqlarımızda qeyri-qanuni yolla ermənilərə aid olmayan ərazilərdə fəaliyyət göstəriblər: "Onlar həm dağ mədən, həm də turizm sahələrində qanunsuz fəaliyyət reallaşdırıblar. Fikirləşməli idilər ki, həmin torpaqların sahibi var və bir gün onlar buna görə cavab verməli olacaqlar. Bu gün həmin hadisə baş verir, Azərbaycan öz ərazilərini işğaldan azad edir. Bizim ərazimizdə qanunsuz fəaliyyət göstərənlər artıq cavab verməli olacaqlar. Beynəlxalq əlaqələr çərçivəsində, beynəlxalq qanunlar qarşısında həmin şirkətlər məsuliyyətə cəlb ediləcəklər. Çünki onlar işğal altında olan ərazilərdə qaçaqmalçılıq yolu ilə öz bizneslərini qurublar, fəaliyyət göstəriblər".Deputat qeyd edib ki, Kəlbəcər rayonu və Vejnəli ərazisindəki qızıl yataqlarında fəaliyyət göstərən tanınmış əcnəbi şirkətlər də olub: "Bununla bağlı Baş Prokurorluq və digər aidiyyəti qurumlar bu sahədə müvafiq işlər görüblər və görəcəklər də. Qanunu pozan şəxslər qanun qarşısında cavab verməlidirlər. Hətta özlərini cəzasız görən, birinci Qarabağ müharibəsi dövründə cinayət törətmiş Sarkisyan, Koçaryan, Balayan, Malatanyan və başqaları da Azərbaycan qanunlarına əsasən beynəlxalq məhkəmələr qarşısında cavab verəcək. Artıq onların barəsində olan cinayət işləri çoxdan hazırdır".
Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO)
Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO)
Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO)

Oxunub: 601

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər