"Direktorlar ştat vahidlərindən düzgün istifadə etmirlər” - PROBLEM


dogruxeber.tv: - Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki ərazisində yerləşən 137 məktəbdə monitorinq aparılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, monitorinq nazirliyin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.

Monitorinq nəticəsində yoxlama aparılmış 68 dövlət məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. 1 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5-nə töhmət verilib, 62-nə isə xəbərdarlıq edilib.

Sözügedən yoxlamalar barədə açıqlama verən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təhsil elə bir sahədir ki, oradakı islahatları görüntü xatirinə etmək olmaz:

“Təhsil bir neçə komponentdən ibarətdir: təhsil alan, təhsil verən və məkan. Keyfiyyət yoxlaması apararkən düşünürük ki, görək bu 3 komponentdən hansı təhsilin keyfiyyətinə mane olur. Bəlkə, şagirdlərimiz və ya dərsliklərimiz pisdir? Bir sözlə, konkret olaraq yoxlamalar aparmaq lazımdır ki, keyfiyyətə mane olan məqamlar tapılsın.

Məktəblərdə müvafiq araşdırmalar aparılır, ancaq yoxlanılan sahələrin heç biri bilavasitə təhsilin keyfiyyətinə təsir göstərmir. Məsələn, məktəblərdə pandemiya dövründə otaqlarda havalanmanın necə olduğunu yoxlayırlar. Bununla bağlı məktəbi cərimələməyə nə əsas var? Çünki məktəblər dövlət tərəfindən tikilib, özəl qurum deyil”.

Ekspert təəssüflə qeyd edib ki, ölkəmizdə bəzi məktəb direktorları ştat vahidlərindən düzgün istifadə etmirlər:

“Məsələn, kimisə təmizlikçi olaraq işə götürüblərsə, həmin şəxsə məktəbin digər işlərini də tapşırırlar. Bütün bunlar direktor tərəfindən əmək və vəzifə bölgüsünün düzgün aparılmamasından irəli gəlir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi qısa müddətdir ki, fəaliyyətə başlayıb.

Bu agentlik məktəblərdə yoxlama və monitorinqlər edir. Ümid edirik ki, monitorinqlər keyfiyyətə müsbət təsir göstərəcək. Çünki bu gün Azərbaycan insanı haqlı olaraq təhsildən narahat və narazıdır. Bu, bizim üçün ciddi problemdir. Hesab edirəm ki, əmək nizamnaməsinin tələbləri pozulan məktəblərlə bağlı daha ciddi tədbirlər görmək lazımdır ki, digərlərinə dərs olsun.

Belə yoxlamaların formal xarakter daşımasını müsbət hesab etmirəm. Ümumilikdə təhsil sistemi mütəmadi olaraq özündə yoxlamalar tələb edən sahədir.

Yəni məsul şəxslər məsələyə ciddi yanaşmalıdırlar ki, fəaliyyətlərində qanunsuzluğa yol verməsinlər. Elə məktəblər var ki, gedib orada yoxlama aparmayıblar. Səbəb nədir? Bunun özü isə müəyyən qədər ziddiyət təşkil edir”.//dia.az

Son xəbərlər

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Bütün xəbərlər