Azərbaycanda 7 məktəb direktoruna ağır cəza: 4-ü işdən çıxarıldı







Təhsil nazirinin müvafiq əmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində araşdırma aparılıb.

dogruxeber.tv: Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırma zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib, yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu işdən azad edilib, Salyan Rayon Təhsil Şöbəsinin müdiri Piriyev Xudaverdi Əliyusif oğluna əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və rayonun ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə töhmət verilib.

Həmçinin, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Salyan rayonu Qarabağlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Bayramov Emin Knyaz oğlu, Yeni Uluxanlı kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən Qəmbərov Lətif İsbəndiyar oğlu işdən azad edilib.

Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə Salyan rayonu Çuxanlı kənd tam orta məktəbinin direktoru Heybətov Firdovsi Əlihüseyn oğluna, I Varlı kənd tam orta məktəbinin direktor əvəzi Nəzərov Bəylər Möhtəbər oğluna və Cəbrayıl rayonu Əmirvarlı kənd tam orta məktəbinin direktoru Məmmədova Lətafət Aşir qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Eyni zamanda, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşmış 13 saylı ƏMHM-nin məsul əməkdaşları barəsində intizam tənbehi tətbiq edilib.

Həmçinin, Masallı Rayon Təhsil Şöbəsi tərəfindən aparılmış yoxlamaların nəticəsinə əsasən, Təhsil Nazirliyinin müvafiq əmri ilə işlərində yol verdiyi nöqsanlara görə Masallı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Hüseynova Mirxanım Mirhəbib qızı və Masallı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Nəzərov Elman Eldar oğlu tutduqları vəzifədən azad edilib.

Hazırda aidiyyəti struktur bölmələr tərəfindən araşdırmalar davam etdirilir və müvafiq tədbirlər görülür.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər