Taksi sürücüləri pulun qalığını qaytarmır, kartla ödənişə etiraz edir - NƏ ETMƏLİ?


dogruxeber.tv: - Taksi şirkətləri ilə bağlı narazılıqlar yenidən artıb. Sosial mediada xüsusilə şirkətlərlə əməkdaşlıq edən sürücülərin vətəndaşla davranış qaydalarının yanlış olması, nağd ödəniş zamanı sürücünün qalıqları geri qaytarmaması və ya kartla ödənişə etiraz etmələri və.s. kimi məsələlərlə bağlı şikayətlər səsləndirilir.

Maraqlıdır, sürücüləri işə götürən şirkətlər bunlara görə məsuliyyət daşıyırmı? Vətəndaşlar taksi sürücüləri ilə problem yaşayan zaman hansı addımı atmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, burada tam olaraq sürücülərin işə götürülməsindən söhbət gedə bilməz:

"Bu gün gördüyümüz taksi sürücülərinin 5-10 faizi hansısa taksi şirkətinin əməkdaşı sayılır. Qalanları şəxsi avtomobilləri ilə xidmət göstərən şəxslərdir. Onlar heç bir şirkətdə işə düzəlmirlər, sadəcə olaraq şirkətlərlə əməkdaşlıq edirlər. Şirkətlər isə daha çox qazanc əldə etmək üçün hamı ilə əməkdaşlıq etməyə hazırdır. Barmaqla sayıla biləcək bir neçə şirkət var ki, öz işlərini doğru-düzgün qura bilir, səviyyələrini qorumağı bacarır, brend kimi məsuliyyətlərini ciddi şəkildə nəzərdən keçirirlər. Eyni zamanda hər sürücünü əməkdaşlığa qəbul etmir və qiymətləri bərbad vəziyyətdə deyil. Həm sürücü, həm də sərnişin ona göstərilən xidmətdən razı qalır. Sərnişin bilir ki, həmin şirkətlə əlaqə saxlasa, komfortlu maşın, ədəbli-ərkanlı sürücü gələcək, artıq pul ödəsə də, mənzil başına rahat çatacaq. Belə şirkətlər çox azdır”.

Müsahibimiz qeyd edib ki, digərləri maddi marağa üstünlük verir, hər bir sürücünü əməkdaşlığa qəbul edir və yeri gələndə o sürücüləri də istismar edirlər:

"Sürücüdən depozit alırlar, gündəlik qazancına şərik olurlar, ucuz qiymətə istismar edirlər və.s. Bugünkü taksi qiymətləri heç də reallığı əks etdirmir. Sürücülərin həm canı, həm malı əldən gedir, qazanan isə şirkətlər olur. Bu baxımdan düşünürəm ki, taksi fəaliyyəti ilə bağlı müəyyən çərçivə hazırlanmalı, sistem yaradılmalıdır. Taksi sürücüsü kim ola bilər, hansı kriteriyalara cavab verməlidir, psixoloji durumu, avtomobilin normal vəziyyətdə olması və.s. kimi məsələlər müəyyən edilməlidir. Eyni zamanda onlayn ödəniş məsələsi də birdəfəlik öz həllini tapmalıdır. Taksi sürücüsü onlayn ödənişə etiraz etməməlidir. Bu, dünyanın hər yerində qəbul edilən ödəniş mexanizmidir və gec-tez Azərbaycan da tam olaraq buna keçəcək”.//dia.az

Oxunub: 616

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər