Sentyabrdan məktəblərdə COVID-lə bağlı yeni qaydalar tətbiq olunacaq - Diqqət!

dogruxeber.tv: - "Report" İnformasiya Agentliyi təhsli işçilərinin vaksinasiyası ilə bağlı araşdırma aparıb. Məlum olub ki, ümumi təhsil müəssisələrində çalışan 220 mindən artıq müəllim və texniki heyətin 155 min nəfəri vaksin olunub.

Həmin təhsil müəssisələrində çalışan 34 min nəfər isə əks göstəriş arayışı ilə vaksin olunmayıb. Eləcə də peşə təhsili müəssisələrində çalışan 4 500-dən artıq işçi heyətin 3 300-dən çoxu vaksin olunub. Onlardan 685 nəfəri isə əks göstəriş arayışı ilə vaksin olunmayıb.

Orta ixtisas təhsili müəssisələrində çalışan 8 000-dən artıq işçi heyətin 4 800-dən çox əməkdaşı vaksinasiya prosesindən keçib. Onlardan 1 700 nəfərdən çoxu isə əks göstərişlə vaksinasiya olunmayıb.

Ali təhsil müəssisələrində çalışan 25 mindən artıq pedaqoji heyətin, demək olar ki, yarıdan çoxu, 13 minə nəfər yaxını vaksin olunub. Bu heyətin 5 500 nəfəri isə əks göstərişlə vaksinasiya prosesindən kənarda qalıb.

Beləliklə, təhsilin bütün pillələri üzrə 267 mindən artıq pedaqoji heyətin 67 faizi, yəni 180 min nəfəri vaksin olunub. 33 faizi isə bu və ya digər səbəbdən vaksinasiyadan keçməyib.

Dünyanın bir çox ölkəsinin təcrübəsi onu deyir ki, ənənəvi təhsilə qayıdış üçün əsas şərt vaksindir. Bizim də apardığımız müşahidələr belə deməyə əsas verir ki, sentyabrda məktəbə daha rahat qayıtmağın əsas yolu vaksinləşmə olacaq. Necə deyərlər, vaksinin var, buyur üzbəüz təhsilə. O cümlədən, maraqlıdır ki, minlərlə əks göstəriş arayışı həqiqəti nə dərəcədə əks etdirir? Yaxşı jurnalist araşdırması mövzusudur.

Bir çox ölkənin qaydasına görə, COVID pasportu olmayanlar sinif və auditoriyalara buraxılmır. Görəsən, Azərbaycanda bu praktika tətbiq olunacaqmı? Biz hələ tələbələrin vaksin olunmasından danışmırıq. Bununla bağlı statsitika bizə yüksək rəqəmləri demir. Belə ki, tələbələrin vaksin olunması ilə bağlı fazi göstəriciləri çox aşağıdır. Tələbələr #TəhsilÜçünVaksinasiya prosesinə niyə qoşulmur? Bu sualın özü yeni tədris ili üçün daha maraqlı səslənir.

"Report"un əldə etdiyi qeyri-rəsmi məlumata görə, Azərbaycanda növbəti tədris ilində COVID prosedurları ilə bağlı yeni qaydalar hazırlanacaq. Görəsən, dünyanın bir çox ölkəsinin təhsil müəssisələrində tətbiq olunan COVID pasportu bizdə də gerçək olacaqmı? Bu suala cavab tapmaq üçün yalnız gözləməliyik...

Oxunub: 622

Son xəbərlər

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Bütün xəbərlər